“Ümid Klinikası”nda sertifikasiyadan keçməyən həkimlər çalışır
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində fəaliyyət göstərən “Ümid Klinikası” ilə bağlı imzalanmış cərimə protokoluna 26 fevral tarixində baxılacaq.
Tribunainfo.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı bəzi nöqsanlar aşkarlanmışdı. Məlum olmuşdu ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində 26 fevral tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, son günlər özəl klinikalarda fəaliyyət göstərən həkimlərin lisenziyasının olub-olmaması ilə bağlı araşdırma və yoxlamalar aparılır. Bir çox klinikanın həkiminin lisensiyası ləğv edilib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















