Icma.az
close
up
RU
Ümidlər ƏDV yə idi, o da azaldı…

Ümidlər ƏDV yə idi, o da azaldı…

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Azərbaycanda istehlakçıların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri almaq imkanı verən “ƏDV Geri Al” sistemi gözləntiləri doğrultmaq əvəzinə, ilk dəfə azalma ilə gündəmə gəlib. 2024-cü ilin ilk 4 ayında istehlakçılara 55.9 milyon manat ƏDV geri qaytarılıb. Halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm 59.2 milyon manat idi. Bu isə sistemin fəaliyyətə başladığı vaxtdan bəri müşahidə edilən ilk geriləmədir.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislər və bazar iştirakçıları bir neçə əsas səbəbi önə çəkirlər:

Bank kartlarından oğurluq

Son aylar bank kartlarına olan etibar müəyyən dərəcədə azalıb. Müxtəlif fırıldaqçılıq halları, kart məlumatlarının oğurlanması, SMS-lə dolandırıcılıqlar və bank komissiyaları bir çox insanı nağd alış-verişə üstünlük verməyə vadar edir. Vətəndaşlar düşünür ki, kartla alış-veriş etdikdə həm şəxsi məlumatları risk altına düşür, həm də əlavə xərclərlə üzləşirlər. Halbuki “ƏDV Geri Al” sistemi yalnız kartla ödəniş zamanı işləyir.

Nəğd alış-verişin artması

ƏDV-nin qaytarılması yalnız POS-terminal və ya onlayn ödənişlərlə aparılan alışlara aiddir. Amma son dövrlər nəğd alış-verişin yenidən artdığı müşahidə olunur. Satıcıların bir qismi müştəriləri POS-terminaldan imtina edib nəğd ödəməyə yönəldir ki, bu da ƏDV-nin rəsmi şəkildə qeydiyyatına imkan vermir.

Kassalardan çek verilməməsi

ƏDV qaytarmaq üçün çek təqdim olunmalıdır. Amma bəzi ticarət obyektləri bilərəkdən ya çek vermir, ya da sistemə daxil olmayan POS-lardan istifadə edir. Bu da alıcıların ƏDV-ni geri alma imkanını məhdudlaşdırır.

Böyük market şəbəkələrinin siyasəti

Bəzi iri market şəbəkələri ƏDV sistemi üçün uyğun texniki infrastruktur yaratmaqda ləng davranır və ya qəsdən sistemdən kənar mexanizmlər tətbiq edirlər. Bu da alıcıların ƏDV geri almasına mane olur.

Ekspertlər hesab edir ki, “ƏDV Geri Al”da azalma tendensiyası davam edərsə, bu sistemin ya ciddi şəkildə təkmilləşdirilməsi, ya da tamamilə alternativ mexanizmlə əvəzlənməsi müzakirə mövzusu ola bilər.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri