Icma.az
close
up
RU
Ümidlər Türkiyəyə yönəlir...

Ümidlər Türkiyəyə yönəlir...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ankarada Ərdoğan - Zelenski görüşündə nələr müzakirə edilib?

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  Ukrayna lideri Volodimir Zelenski arasında növbəti görüş baş tutub. Xarici işlər naziri Hakan Fidanın, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçın da iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Müzakirələrin mərkəzində isə uzanan Rusiya-Ukrayna müharibəsi  dayanıb.

İstanbul platforması ən uğurlu formatdır

Hazırda Rusiya-Ukrayna müharibəsi kritik mərhələyə daxil olub. Vəziyyəti mürəkkəbləşdirən hər iki tərəfin maksimalist mövqedən çıxış etməsidir. Rusiya irəlilədiyi Ukrayna əraziləri və daha geniş coğrafiya üzərində suverenliyinin tanınmasını sülh danışıqlarının əsas şərti kimi irəli sürür. Kiyev isə bununla razılaşmayaraq qarşı tərəfə bir qarış ərazisini də verməyəcəyini bildirir. Müharibənin indiki mərhələsində Zelenski daha çox atəşkəs təkliflərindən çıxış edir. Lakin bu təklif Moskva tərəfindən yaxına buraxılmır. Rusiyanın siyasiləri bunu hazırda məğlub durumda olan Ukraynanın vaxt qazanmaq niyyəti kimi dəyərləndirirlər. Onların qənaətinə görə, aktiv müharibə fazasının dayanmasından istifadə edən Ukrayna toparlanacaq, havadarlarının dəstəyi ilə güc toplayacaq və sonradan itirdiyi torpaqlar uğrunda yeni müharibəyə başlayacaq. Moskvada düşünürlər ki, razılaşma ancaq yekun sülh müqaviləsi ilə bağlı ola bilər, əks halda müharibə davam edəcək.

Yaranmış vəziyyət kollektiv Qərbin Ukraynanı tələb olunan həcmdə yardımla təchiz etməməsi, müəyyən məsələlərdə tərəddüdlərə yol verilməsi və ümumi razılıq əldə olunmaması fonunda Ukrayna üçün daha kritik görünür. V.Zelenskinin Türkiyə Prezidenti ilə müzakirələr aparmağa ehtiyac duyması da məhz bununla bağlıdır. Digər platformalarda aparılan danışıqlar nəticəyönümlü olmadığına görə Zelenski ümidlərini Türkiyə platformasına bağlayıb ki, bu da səbəbsiz deyil. Ukraynanın dövlət başçısını Ərdoğanla görüşə sövq edən amillər sırasında Türkiyənin qlobal miqyasda artan nüfuzunu, NATO-da faktiki olaraq ikinci güc kimi qəbul edilməsini, müharibənin sonuclanmasını istəyən ABŞ-la yaxşı münasibətlərini göstərmək mümkündür. Əsas məqamlardan biri isə Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq əlaqələrinə malik olmasıdır. Həmçinin Zelenski və Putin dəfələrlə R.T.Ərdoğana öz rəğbətlərini ifadə ediblər. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbul platforması ən uğurlu nəticələrin əldə olunduğu format kimi dəyərləndirilir. Bu formatda indiyədək 3  raund müzakirələr aparılıb və xüsusilə də əsirlərin mübadiləsi sahəsində razılıqlar əldə olunub. Tarixi “Taxıl razılaşması” da İstanbul platformasının aktivindədir. Hətta buna görə bir sıra analitiklər R.T.Ərdoğanın Nobel sülh mükafatına layiq olduğunu bildirirdilər.

Türkiyə mövqeyinə sadiqdir

Keçmiş təcrübə digər platformalarda susqunluq yaşandığı indiki mərhələdə yenə də köməyə gələ bilər. Ankara görüşündən sonra mətbuata verdiyi bəyanatında  R.T.Ərdoğan ölkəsinin sülh prosesinə sadiq qaldığını növbəti dəfə təsdiqləyib. O, tərəfləri müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırıb. Türkiyə lideri İstanbul danışıqları zamanı tərəflərin atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik olduqlarını xatırladıb. Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini vurğulayaraq deyib: “Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”. O həmçinin enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin aradan qaldırılması çətin olan ciddi nəticələrə səbəb olduğunu qeyd edib. Türkiyə Prezidenti problemlərin miqyaslı həllinə diqqət çəkərək İstanbul prosesinin bərpasının önəmini xüsusi vurğulayıb. “Türkiyə qan tökülməsinin dayandırılmasını istəyən bütün tərəfdaşlarından İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyir. Biz həmçinin atəşkəsi yaxınlaşdıracaq və ədalətli, uzunmüddətli sülhə yol açacaq təşəbbüsləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq”, - deyə o bildirib və bu prosesdə ABŞ-ın iştirakının əhəmiyyətini qeyd edib.

Ərdoğan iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tanınmasına dair mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.

Ukrayna Türkiyə diplomatiyasının gücünə inanır

“Türkiyənin prinsipial mövqeyi bizim üçün çox vacibdir. Davam edən müharibəyə aydın münasibətinə və ölkəmizin müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdaram”. Bu fikri isə mətbuata bəyanatında Prezident V.Zelenski ifadə edib. O, Kiyevin “Moskvada eşidilə bilən Türkiyə diplomatiyasının gücünə inandığını” xüsusi vurğulayıb. Eyni zamanda, Ukrayna Prezidenti əsir mübadiləsi prosesinin bu ilin sonuna qədər bərpa olunacağına ümid etdiyini bildirib. “Türkiyə bu məsələyə güclü dəstək verir”, - deyə Zelenski vurğulayıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see340

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see326

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see260

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see244

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see232

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see216

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see215

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see213

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see190

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see178

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see175

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see166

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see155

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see152

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see147

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see143

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri