Icma.az
close
up
RU
Ümidliyəm və Sabah ın Levski ni keçəcəyinə inanıram Elşad Əhmədov

Ümidliyəm və Sabah ın Levski ni keçəcəyinə inanıram Elşad Əhmədov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Levski"yə 0:1 hesabı ilə yenilən "Sabah" avqustun 14-də Bolqarıstan təmsilçisini qəbul edəcək. Azərbaycan millisinin sabiq müdafiəçisi, 2018/2019 mövsümündə Masazır təmsilçisinin baş məşqçisi olmuş Elşad Əhmədovla əlaqə saxlayıb "bayquşlar"ın Sofiya komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:  

"Sabah" Bolqarıstanda çox yaxşı futbol sərgilədi. Ümumi oyunu nəzərdən keçirsək, yüzfaizli qol vəziyyətləri baxımından rəqibindən üstün idi. Təəssüf ki, Coy-Lens Mikelsin yaxaladığı fürsətləri qola çevirmək mümkün olmadı. Son saniyələrdə, 90+8-ci dəqiqədə buraxılan qol hamımızı məyus etdi. Amma bu, futboldur, bəzən haqq etmədiyin yenilgi ilə üzləşirsən. Qarşıda daha bir oyun var. Futbolçuların çıxışından çox şey asılıdır. İnanıram ki, "Sabah" "Levski"ni mübarizədən kənarlaşdırmağa qadir komandadır. Məncə, təmsilçimizin Konfrans Liqasının pley-off mərhələsinə yüksəlmək şansı çoxdur. 0:1 hesabı ilə uduzmuşuqsa, oyuna təmkinli başlamalı, qapının toxunulmazlığını təmin etmək şərti ilə sürətli hücumlar qurmalıyıq. "Sabah"ın hücum xəttinin potensialı böyükdür. Azərbaycan komandası bir oyunda bir neçə qol vurmağa qadir kollektivdir. Mikels, Cesse Sekidika, Pavol Şafranko və Xəyal Əliyevin timsalında yaxşı hücum xətti var. Azarkeşlər stadionda yaxşı ab-hava yaratsalar, bunun da əhəmiyyəti böyük olacaq. Ümidliyəm və "Sabah"ın "Levski"ni keçəcəyinə inanıram. Komandamıza uğurlar arzulayıram".

Nihat  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri