Samir Abasov: “Sabah”ın “Hapoel”i keçəcəyinə inanıram”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel”i (Beer-Şeva) keçəcəyinə inam böyükdür”.
Bunu “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov deyib.
48 yaşlı mütəxəssis rəqibin güclü olduğunu, lakin bir qolun matçın taleyini dəyişə biləcəyini qeyd edib.
“İlk oyunda da göründü ki, “Hapoel” “Sabah”ın əvvəlki rəqiblərinə nisbətən kifayət qədər səviyyəli komandadır. Bunu komandanın baş məşqçisi Valdas Dambrauskas da demişdi. İlk oyunda “Sabah” sona yaxın əldə etdiyi qol imkanını reallaşdırsaydı, hesab fərqli ola bilərdi. Bakıda isə komanda oyunu çevirməli, hücuma atılmalı və qələbə qazanmalıdır. Rəqib “Sabah”ın hücuma keçməyini gözləyərək və boşluqlardan istifadə edərək qol vurmağa çalışacaq. Bu baxımdan cavab oyunu çətin olacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.
S.Abasov futbolçularda özünəinamın vacibliyini vurğulayıb:
“İnam və oyun təcrübəsi sözünü deyə bilər. Necə ki, üçüncü təsnifat mərhələsində “Orhus”a (Danimarka) qarşı Bakıda oynadılar. Bu dəfə də eyni oyunu göstərə bilərlər. Vurulacaq bir qol hər şeyi dəyişə bilər. Bütün bunlara baxmayaraq, “Sabah”ın “Hapoel”i keçəcəyinə inanıram”.
Qeyd edək ki, “Sabah” - “Hapoel” matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Rumıniyada keçirilən ilk görüşdə İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Avqust 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















