Icma.az
close
up
RU
Ümumdünya Lüğət Günündə düşüncələr: slm, ncn, twk...

Ümumdünya Lüğət Günündə düşüncələr: slm, ncn, twk...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

18 yanvar Ümumdünya Lüğət Günüdür. Elə bu əhəmiyyətli gündən yola çıxaraq müasir dövrdə çoxsaylı gənclərin dilimizə vurduğu zərbələrdən söhbət açmaq istədim.

Bu dilin günahı nədir görəsən, illər, əsrlərdir, kim haraya istəyirsə, o tərəfə çəkir, kim nə istəyirsə, onun başına o oyunu gətirir.

Artıq dəfələrlə bu barədə demişik, yazmışıq, hansı gəncdə görmüşüksə, danlamışıq, tənqid etmişik, amma alınmır ki, alınmır. Elə baxırsan ki, köhnə hamam, köhnə tas. Yaxşı, bəs gənclərimiz haraya gedir bu cür yazı forması ilə? Görəsən bu dilə heç yazığı gələn yoxdur?

“Slm ncn ne var ne yox Hardasn unuye gelesn sat necdə görwek”... Buyurun, dilimizin müasir hüsnü-xətti. Hərflər gedib iş-gücünün arxasınca, durğu işarələri isə torpağa gömülüb. Yuxarıdakı cümlələrdə hər sözü qoyuram bir kənara. Dayanıram “salam (müasir slm)” sözünün üzərində. “Salam” Allahın adlarından biridir. Kim ixtiyar verir ki, Yaradanın adını belə “ixtisarla” yazaq? Bu, hörmətsizlik deyilmi?..

Dəhşətdir, vallah, həm də çox dəhşətdir. Yeniyetmə-gənclərimiz doğru olmayan yoldadır. Dilimiz əldən gedir. Neçə il əvvəldən çalınan həyəcan təbili hələ susmayıb. Lakin kimdir bu təbilin “nəğməsinə” qulaq asan? Necə deyərlər, bu yarım-yapalaq sözlərdən istifadə edən gənclər eşitdikləri sözü bir qulağından alıb, o biri qulağından ötürür havaya.

Baxırsan ki, elə bayaqdan bəri danışdığın ağzında qalıb, əməl edən yoxdur. Hələ yeri gələndə adama lağ da edirlər ki, sənin də işin-gücün qurtarıb ey, sözləri olduğu kimi yazırsan. Bir misal çəkim, həm də başqasından deyil, öz övladlarımdan. Günlərin bir günü telefonda məktub yazıram. Bitirib, başlayıram korrektə və redaktə etməyə. Sən demə bunlar da başımın üstündədir, xəbərim yoxdur. Birdən başladılar gülməyə ki, ana, sən yazdığına düzəliş də edirsən? Dedim, sağ olun, afərin sizə, bəs nə etməliyəm ki? “Ay ana, işin-gücün yoxdur, sənin?”,- dedilər. Dedim ki, işim də var, gücüm də, özümə hörmətim, dilimə də sayğım var.

Nə olsun, dil üç-beş nəfərlə qorunmur axı. Gəlin görək, əksər yeniyetmə-gənc dilimizin qrammatik qanunlarına riayət edirmi? Xeyr, elə bəla da bundadır ki, riayət edən yoxdur. “Salam, necəsən?”i, “slm, ncn”, “təşəkkür edirəm”i “twk edrm” kimi yazırlar. “Başım qarışıb”ı “bawm qarwb”, “axşam düşür”ü “axwam düwr”, “lazım deyil”i “lazm del” kimi ifadə edirlər.

Dərd tək bu olsa, deyərsən, yarıdır. Müasir gənclərimiz insan, şəhər, kənd, yazıçı, müəllimlərinin adlarını kiçik hərflə yazırlar, ay camaat. Demirəm ki, bunların böyük hərflə yazıldığını bilmirlər, bilənlər var, lakin yazı qabiliyyəti itib onlarda.

“Ə” hərfimiz gedib, yerinə “e” gəlib. Görəsən səbəb nədir? Səbəblərdən əsas birini məktəblərdə inşa, imla, ifadə yazılarının azalmasında görmək olar. Bu, uşaqların yazı qabiliyyətini itirməkdədir. Digər səbəblər isə məsuliyyətsizlik, tələskənlik, hörmətsizlikdir. Həm özünə, həm də qarşıdakına...

Bəzən düşünürəm ki, bir günlük bu telefonlar yığışdırılsa və yaxud internet dayansa, bu yeniyetmə-gənclərimiz görəsən əllərinə qələm alıb bir normal məktub yaza bilərlər? Heç inana bilmirəm. Yazarlar, lakin onu bizlər oxuya bilmərik. Hərfləyə-hərfləyə qalarıq, deyərik, Allah, görəsən bunlar nə demək istəyiblər. Necə ki, hazırda həmin o gənclərin yazdıqları məktubları anlamaqda çətinlik çəkirik.

Yaxşı, bəs bu qayda, dilə bu cür yanaşma ilə hara gedirik? Nə vaxta qədər olacaq bu yolçuluq? Bizə bu yolda bir “dayan, düşün, nə edirsən”,- deyən olacaqmı? Olur, bəzən çox olur, lakin qulaqlar karlaşıb ta. Kim nə bilir, onu da edir.

Vallah, adamın könlündən dəli bir ağlamaq keçir. Axı bu “müasir yazı mədəniyyətinə” malik olanların əksəriyyəti universitet tələbələridir. Aralarında yüksək balla ali təhsil ocaqlarına daxil olanlar da var. Bunları görəndə ağlamayıb, nə edəsən?

Hələ bunları qoyaq bir kənara. Bu dilin günahı nədir? Nə üçün hər kəs öz bildiyini edir bu dilə? Zamanla rus dilini, sonra türk dilini qatdıq dilimizə, indi də yarı rus, yarı türk, ingilisin də əlifbasından hərflər qatıb qarışıq bir dil düzəltmişik.

Yazıq dilim, günahsız, biçarə dilim. Əsrlərin elə bir anı olmadı ki, səni dilim-dilim etməmiş olsunlar. Vallah, bu dil şirdir, aslandır ki, bu qədər zərbələrə tab gətirir.

Bəlkə lüğətə müraciət edəsiniz, əziz gənclər. Baxasınız ki, sözlərimiz necə yazılır, siz də elə yazasınız. Axı bu o qədər də çətin məsələ deyil.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri