Icma.az
close
up
RU
Üçdilli lüğət

Üçdilli lüğət

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali təhsilin karyera yüksəlişi və şəxsi inkişaf üçün əhəmiyyətli olduğu indiki dövrdə getdikcə daha çox tələbə beynəlxalq təcrübənin gələcək peşə fəaliyyəti üçün yeni üfüqlər açdığını dərk edərək, xaricdə təhsil almağa, nüfuzlu ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına sahib olmağa çalışır.

Təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və universitetlərarası əməkdaşlığın dərinləşməsi sayəsində dünyanın bir çox ölkələrindən, o cümlədən Çin Xalq Respublikasından Azərbaycanda təhsil alan gənclərin sayı ildən-ilə artmaqdadır. Onlardan bir qismi Bakı Slavyan Universitetində (BSU) "Rus dili" və "Rus dilinin xarici dil kimi tədrisi metodikası və metodologiyası" ixtisasları üzrə təhsil alır və magistr hazırlığı proqramı çərçivəsində elmi biliklərə yiyələnir. Aktual mövzularda dissertasiya üzərində çalışmaqla, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak etməklə yanaşı, əcnəbi tələbələr semestr ərzində hər bir fənn üzrə sərbəst iş yerinə yetirirlər.

Cari tədris ilində BSU-da magistr təhsili alan bir qrup tələbə sərbəst işləri çərçivəsində yeniliyə imza atıb və nəticədə üçdilli terminoloji lüğət işıq üzü görüb. Fənn müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov bu barədə fikirlərini bölüşüb: “Ölkəmizdə təhsil alan çinli tələbələr çox zaman ixtisasa aid leksik vahidləri, metodoloji terminologiyanı mənimsəməkdə çətinlik çəkirlər. Müvafiq istinad materiallarının mövcudluğu, terminoloji leksikanı özündə cəmləşdirən iki və çoxdilli təhsil lüğətlərinin hazırlanması və təhsil prosesində sistemli şəkildə istifadəsi həm xarici dil kimi rus dili müəllimlərinə, həm də pedaqoji universitetlərdə təhsil alan tələbələrə müəyyən dərəcədə yardımçı ola bilər. Məhz bu niyyətlə tədris ilinin əvvəlində səsləndirdiyim təklifi tələbələrim həvəslə qarşıladılar... Lüğət vahidlərinin siyahısı hazırlandı, magistrantlar bu vahidləri Azərbaycan və Çin dillərinə tərcümə etdilər. Redaktə işi başa çatdıqdan sonra məlumat kitabçası çinli tələbələrin bakalavr təhsili aldıqları Harbin Elm və Texnologiya Universitetinin Xarici Dillər İnstitutuna göndərildi və lüğətə bu institutda rus dilini tədris edən filologiya elmləri doktoru, professor Chang Ying tərəfindən rəy verildi. BSU-nun Rus dili kafedrasında, fakültə Elmi Şurasında müzakirələrdən sonra universitetin Elmi-Metodik Şurası lüğətin çapa tövsiyə edilməsi barədə qərar qəbul etdi. Təşəbbüsümüzə dəstək verdiyinə görə tələbələrim adından universitet rəhbərliyinə minnətdaram... Düşünürəm ki,  "Rus dilinin xarici dil kimi tədrisinin metodikası və metodologiyası" ixtisası üzrə təhsillərini başa çatdıran magistrantlar Li Na, Guo Jiahui və Kəmalə Əmiraslanova tərəfindən tərtib edilmiş "Rus-Çin-Azərbaycan dillərində qısa metodik terminlər lüğəti" müvafiq terminologiyanın mənimsənilməsində və elmi-metodiki ədəbiyyatın oxunmasında çinli tələbələrə üzləşdikləri çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər”.

Lüğət Çinin orta və ali təhsil müəssisələrində rus dilinin xarici dil kimi tədrisi metodikası ilə bağlı 800 söz və söz birləşməsindən ibarətdir. Lüğətdə rus dilində əlifba sırası ilə düzülmüş leksik vahidlər və ifadələr, onların Çin dilində ekvivalentləri və tələffüz xüsusiyyətləri, eləcə də Azərbaycan dilinə tərcümələri yer alıb.

Tərtibçilər Kəmalə Əmiraslanova, Li Na və Quo Ciahui Bakı Slavyan Universitetində "Rus dilinin xarici dil kimi tədrisinin metodologiyası və metodologiyası" ixtisası üzrə magistr təhsillərini başa vururlar. Onların hər biri iki elmi məqalənin və magistrantların elmi konfranslarında iki məruzə tezisinin müəllifləridir. Artıq həm də ISBN (Beynəlxalq Standart Kitab Nömrəsi) kodu almış lüğətin tərtibçiləri...

M.Məcidli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri