Icma.az
close
up
RU
Ümumdünya Statistika Günü ŞƏRH

Ümumdünya Statistika Günü ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il 20 oktyabr tarixində bütün dünyada Ümumdünya Statistika Günü qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi haqqında qərar 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Məqsəd statistikanın dövlət idarəçiliyində, sosial-iqtisadi inkişafda, eləcə də beynəlxalq əməkdaşlıqda oynadığı mühüm rolu ictimaiyyətə daha geniş tanıtmaqdır.

Məlumat üçün qeyd edirik ki, Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanılmışdır.

Hər dəfə Ümumdünya Statistika Günü müxtəlif devizlərlə qeyd olunur. Lakin bu günün əsas ideyası dəyişməz qalır – etibarlı məlumat, peşəkarlıq və innovasiya. Bu prinsiplər dünyada sabitlik, tərəqqi və davamlı inkişafın təmin olunmasında statistikanın rolunu daha da gücləndirir.

Statistika müasir dünyada sadəcə rəqəmlərin toplanması deyil, həm də cəmiyyətin real mənzərəsini əks etdirən güzgü rolunu oynayır. İqtisadiyyatın inkişaf templəri, əhalinin demoqrafik göstəriciləri, təhsil və səhiyyənin vəziyyəti, eləcə də sosial rifahın səviyyəsi məhz statistik məlumatlar əsasında müəyyən edilir. Bu göstəricilər olmadan gələcəyə dair düzgün strategiya qurmaq və effektiv idarəetmə həyata keçirmək mümkün deyil.

Statistika beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edir. Dünyanın inkişaf etmiş ölkələri iqtisadi qərarların qəbulunda, sosial proqramların hazırlanmasında və ətraf mühitin qorunmasına dair strategiyaların işlənməsində statistik məlumatlara əsaslanır. BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrası da etibarlı statistikaya söykənir.

Azərbaycan Respublikasında statistik fəaliyyətin təşkili uzun illərə söykənən tarixə malikdir. Hazırda bu sahə Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir. Komitə ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinə dair məlumatların toplanması, təhlili və ictimaiyyətə təqdim olunmasını təmin edir.

Müstəqillik illərində Azərbaycan iqtisadiyyatında böyük inkişaf yolu keçmişdir. Bu inkişafın ölçülməsi, qiymətləndirilməsi və beynəlxalq standartlara uyğun təhlili statistik göstəricilər əsasında aparılır. Hazırda ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı da məhz bu sahədə şəffaf və etibarlı məlumatların təqdim olunmasına əsaslanır.

Ümumdünya Statistika Günü bizə bir daha göstərir ki, dəqiq məlumat olmadan idarəetmə mümkün deyil. Statistika dövlətin siyasətinə istiqamət verir, ictimaiyyətin məlumatlı olmasına şərait yaradır, həmçinin elmi tədqiqatlar və beynəlxalq müqayisələr üçün əsaslı baza formalaşdırır.

Dəqiq və şəffaf statistika həm dövlət orqanlarının fəaliyyətində, həm də vətəndaş cəmiyyətinin inkişafında etibarlı dayaqdır. Çünki yalnız statistik göstəricilərə əsaslanmaqla biz bugünü düzgün qiymətləndirə, gələcək üçün daha uğurlu qərarlar qəbul edə bilərik.

Nəticə etibarilə, Ümumdünya Statistika Günü yalnız statistik peşə sahiblərinin bayramı deyil, həm də bütün cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan bir gündür. Çünki rəqəmlər həqiqəti ifadə edir, həqiqət isə inkişafın əsas yol göstəricisidir.

Azər Məmmədov

Şamaxı rayon Statistika İdarəsinin rəisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri