Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı maarifləndirici görüşlər keçirilib
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
3 mart Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar İlisu, Zaqatala dövlət təbiət qoruqlarının, Abşeron, Ağgöl, Hirkan, Şirvan və Altıağac milli parklarının mütəxəssisləri tərəfindən tələbələr və şagirdlərlə maarifləndirici görüşlər keçirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Maarifləndirici tədbirlər zamanı mütəxəssislər Azərbaycanın biomüxtəlifliyi, qorunan təbiət ərazilərində yaşayan nadir fauna və flora növləri, ekosistemlərin əhəmiyyəti və təbiətin mühafizəsi sahəsində görülən işlər barədə geniş məlumat veriblər.
Görüşlər çərçivəsində şagird və tələbələrə vəhşi təbiətin qorunmasının əhəmiyyəti, həmçinin insanların təbiətə təsiri və mühafizə tədbirlərinin vacibliyi izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, Şirvan Milli Parkına ekskursiya edən şagirdlər safari maşını ilə ceyranları müşahidə edib, velosiped sürərək təbiət qoynunda maraqlı gün keçiriblər.
Bu mövzuda digər xəbərlər:3 mart “Ümumdünya Vəhşi Təbiət Günü”dür
03 Mart 2025 10:59
Ümumdünya Vəhşi Təbiət Günü ilə bağlı “Azərpoçt” silsilə markalar buraxıb
03 Mart 2025 12:16
Özbəkistanın Səmərqənd şəhəri Ümumdünya Vəhşi Təbiət Konfransına hazırlaşır
21 Avqust 2025 12:33
Vəhşi təbiət...
25 Avqust 2025 16:17
10 il ərzində çəkilmiş vəhşi təbiət fotosu
15 Oktyabr 2025 14:37
Baxış sayı:100
Bu xəbər 05 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















