Icma.az
close
up
RU
Özbəkistanın Səmərqənd şəhəri Ümumdünya Vəhşi Təbiət Konfransına hazırlaşır

Özbəkistanın Səmərqənd şəhəri Ümumdünya Vəhşi Təbiət Konfransına hazırlaşır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 avqust, AZƏRTAC

Ümumdünya Vəhşi Təbiət Konfransının açılışına 100 gündən az vaxt qalıb. Bu gün ev sahibi ölkə olan Özbəkistan forumun rəsmi şüarını təqdim edib: “Səmərqənddə CITES-in 50 ili: təbiətlə insanlar arasında körpü”. CITES nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyadır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu şüar tarixi mərhələni – Konvensiyanın 50 illik yubileyini əks etdirir. O, həmçinin təbiətin mühafizəsi yolunda Səmərqəndin sivilizasiyaların və mədəniyyətlərin görüş yeri kimi oynayacağı unikal rolu xatırladır.

Nəsli kəsilməkdə olan Vəhşi Fauna və Flora Növlərinin Beynəlxalq Ticarətinə dair Konvensiya Tərəflərinin 20-ci Konfransı (CITES - COP20) (forumun rəsmi adı) 24 noyabr – 5 dekabr 2025-ci il tarixlərində keçiriləcək. O, elm, hüquq və ticarət sahəsində minlərlə eksperti, hökumət nümayəndəsini, qeyri-hökumət təşkilatlarını, dünyanın hər yerindən digər aidiyyəti qurumları bir araya gərəcək.

Tədbirin şüarının təqdimatı Özbəkistanın bu yaxınlarda Səmərqənd şəhərinin rəmzi və tarixi memarlığı ilə bağlı təbii simvolların birləşməsi kontekstində dünya miqyasında tanınan COP20 loqosunun təqdim edilməsini izləyir. Loqo və yeni şüar birlikdə CITES Çərçivə Konvensiyasının əsas prinsipi olan biomüxtəliflik və təbii ehtiyatlardan səmərəli istifadə arasındakı əlaqəni vurğulayır.

CITES-in baş katibi İvonne Hiquero tədbirin mövzusunu alqışlayıb: “CITES çərçivəsində yarıməsrlik beynəlxalq əməkdaşlığı qeyd edən bir yubiley ilində bu mövzu onun ruhunu, insanların və vəhşi təbiətin qarşılıqlı əlaqəsini təmin etmək, elm və siyasət arasında körpü yaratmaq və gələcək nəsillər üçün bitki və fauna növlərini qorumaq naminə 184 ölkəni və Avropa İttifaqını bir araya gətirməkdə rolunu əks etdirir. Bu fəaliyyətlər dialoqa, ortaq məqsədlərə və praktiki fəaliyyətə əsaslanmalıdır. Biz Özbəkistana təkcə konfransa ev sahibliyi etdiyinə görə deyil, həm də COP20-yə rəhbərlik edəcək güclü mesaj göndərdiyinə görə təşəkkür edirik”.

Özbəkistanın CITES konfransına ev sahibliyi etməsi, həmçinin Mərkəzi Asiyada qlobal biomüxtəlifliyin qorunmasında bu ölkənin mühüm rolunun artmasından xəbər verir. Qədim İpək Yolu üzərində yerləşən, dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqənd ziyarətçilərə heyrətamiz tarixi fon və unikal canlı təbiət təqdim edir.

Azərbaycan da ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirir. 2026-cı ildə ölkəmiz Ümumdünya Ətraf Mühit Gününün estafetini öz üzərinə götürəcək.

Qeyd edək ki, 21 noyabr 2024-cü il tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri təşkil olunub.

Bundan əvvəl, 2014-cü ildə Azərbaycan paytaxtında Cənubi Qafqaz regionunda ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqəti artıran Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib. Son illər atılan addımlar sayəsində Azərbaycan ərazisində 23 bəbir aşkarlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri