Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə xüsusi hallara dair görüş keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin rəhbərləri ilə “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar” mövzusunda görüş keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd xüsusi hallar zamanı atılması vacib olan addımlara dair maarifləndirmə işi aparmaq, ümumi təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etmək, daha səmərəli işçi platformanın yaradılmasına nail olmaqdır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli məktəblərdə baş verən xüsusi hallarla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə fəaliyyətin tənzimlənməsində daha konkret yanaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, effektiv kommunikasiyanın yaradılması zəruridir.
Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib. Müvafiq təkliflər irəli sürülüb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















