Icma.az
close
up
RU
Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, paytaxtdakı ümumi təhsil məktəblərini əhatə edən görüşlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər. 

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti və vahid informasiya mübadiləsinin təmin olunması mövzusunda təqdimatla çıxış edən Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil müəssisələri rəhbərlərinin ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsi işinə daha həssas yanaşmasının vacibliyindən, məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyətindən, məktəbin internet resurslarının idarə olunmasından, sosial media və ictimai platformalardan səmərəli istifadə yollarından və digər vacib məsələlərdən danışıb.

Məktəb və müəllim nüfuzunun qorunması baxımından valideynlərlə əməkdaşlığa diqqət çəkən sektor müdiri səmərəli məktəb mühitinin formalaşdırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib.  MÜTDA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı məktəbin imicinin formalaşdırılmasında kommunikasiya kanallarının düzgün idarə olunmasının əhəmiyyətindən söz açıb. 

Bildirib ki, məktəbin gündəlik fəaliyyətindəki yeniliklərin, nailiyyətlərin və mühüm hadisələrin operativ şəkildə cəmiyyətə çatdırılması, valideynlərlə və ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mühitinin yaradılması həm məktəbin nüfuzunun artmasına, həm də təhsil prosesində ictimai dəstəyin güclənməsinə səbəb olur. 

Görüşlərdə məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması, kommunikasiya strategiyasının təkmilləşdirilməsi, məktəb-valideyn və media ilə əməkdaşlıq mexanizmlərinin effektivliyinin gücləndirilməsindən ibarətdir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri