Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş idman festivalı keçirilib FOTOLAR
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün "OCEP" layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, 6 may tarixində Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə hazırlanmış festivalda Milli Olimpiya Komitəsinin nümayəndələri, Niderlandın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri və valideynlər iştirak ediblər.
Festivalda Ulu Öndər haqqında hazırlanmış stendlər, idman oyunları və şagirdlərin rəsm işləri nümayiş olunub. Festivalda ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsələndirilib və daha sonra festival açıq elan olunub.
Festivalda xüsusi milli rəqslərimiz şagirdlər tərəfindən nümayiş olunub. Daha sonra isə Olimpiya məşəli meydana gətirilib. Daha sonra isə Niderlandın Azərbaycandakı səfiri xanım Pauline Eizemanın çıxışı baş tutub. Daha sonra isə gimnastların xüsusi çıxışı baş tutub. Sonda 7 nömrəli məktəbin şagirdi Musa Muradın ifası səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















