Icma.az
close
up
RU
ATU da Ümummilli Lider Heydər Əliyevə həsr olunan beynəlxalq elmi praktik konfrans keçirilib

ATU da Ümummilli Lider Heydər Əliyevə həsr olunan beynəlxalq elmi praktik konfrans keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 15 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilən “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən ATU-nun rektoru Yaşar Ömərov bildirib ki, Texnologiya Universitetinin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin məhz may ayında qoyulub və bu tarixi qərardan 55 il ötür. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğı, ümumiyyətlə bu istiqamətdə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İsrailin Holon Texnologiya İnstitutunun rektoru Eduard Yakupov, “Azerfon” (NAR) MMC-nin baş icraçı direktoru Qunnar Panke və “Aspi-Aqro” MMC-nin icraçı direktoru Cahangir Şəfizadə çıxışlarında konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclas çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayevin, Azərbaycan Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Eldəniz Bayramovun və Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının doktorantı Elnur Arifzadənin elmi məruzələri dinlənilib. Daha sonra iki günlük konfrans işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib.

Qeyd edək ki, tədbir 21 ölkə, 53 universitet, 10 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrinin iştirakı ilə reallaşıb. Konfransın məcmuələr toplusuna 648 tezis qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri