Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib FOTO

Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib FOTO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

12 dekabr 2025-ci ildə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım mərasimi keçirilib. 
Bizim.Media xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
 

Səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.


Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər Əliyevin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını vurğulayıb.
Səfir bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirib.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib, 7-10 mart 1994-cü ildə Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə malikdir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinə çevrilib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Daha sonra Səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən “Pekin Uşaq Rifah İnstitutu”nu ziyarət ediblər.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində bildirb ki, Azərbaycan xalqı mərhəməti və humanistliyi ilə tanınır.
Ümummilli Lider Heydər Əliyev də fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurub.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir və xeyriyyə tədbirləri təşkil edir.
 

Bayram və əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, onlar üçün maraqlı - mədəni proqramlar təşkil edir. Heydər Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.


“Pekin Uşaq Rifah İnstitutu”nun rəhbəri Səfirliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirdi ki, mərhəmət dolu belə təşəbbüsə görə Azərbaycan xalqına və Azərbaycan Səfirliyinə minnətdarıq. Mərhəmət sərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçün Azərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayan hisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir və onların özünə inam hissini artırır.
Sonda müəssisədə müalicə alan uşaqların istifadəsi üçün zəruri olan gündəlik təlabat məhsulları təqdim edilib.







Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri