Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”

“Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 27-də YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Şəmkir Kimya-Biologiya təmayüllü liseyində “Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir” mövzusunda konfrans keçirildi.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyəti başçısının müavinləri Süleyman Zeynallı, Rüfət Sahibsoy, Aynur Abdullayeva,rayon İcra Hakimiyyətinin vəpartiyanın rayon təşkilatının əməkdaşları,şəhid ailələri,ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir.

F.Vəliyev qeyd etdi ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”. Tam məsuliyyətlə deyə bilərik ki, hər bir vətənpərvər insanın yaddaşında əbədiləşmiş möhtəşəm obrazı, prinsiplərinə sadiqliyi və fədakar mübarizəsi ilə Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında qeyd etdi ki, Heydər Əliyev irsi yalnız Azərbaycan xalqı üçün deyil, dünyada haqqın, ədalətin bərqərar olması, beynəlxalq hüququn prinsiplərinin qorunması uğrunda mübarizə aparan bütün xalqlar və liderlər üçün siyasi məktəbdir. Buna görə də yalnız milli bucaqdan deyil, həm də qlobal kontekstdə Ulu Öndərin əzəmətli obrazına nəzər saldıqda, onun mahiyyətini daha dərindən dərk etmək mümkündür.

Çıxış edən digər partiya fəalları da bildirdilər ki, Ümümmilli Lider Heydər Əliyev artıq zaman kontekstinə sığmayan, bütün dövrlərdə öz əzəmətini hiss etdirən dahi şəxsiyyət, böyük liderdir. O, sadə, zəhmətkeş Azərbaycan ailəsində boya-başa çataraq zəngin və nümunəvi həyat yaşamış, müasir dünyanın görkəmli siyasi korifeyləri səviyyəsinə yüksəlmişdir. Azərbaycan xalqı yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunan Ulu Öndərlə fəxr etməkdə haqlıdır və gələcək nəsilləri onun şəxsiyyəti timsalında tərbiyə etməyə mənəvi haqqı var.

Tədbirin sonunda Yeni Azərbaycanın Partiyasının himni səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri