Icma.az
close
up
RU
UNEC Cənubi Qafqazda birinci oldu, amma Azərbaycanda təhsil hadisəsi olmadı

UNEC Cənubi Qafqazda birinci oldu, amma Azərbaycanda təhsil hadisəsi olmadı

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bir müddət öncə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) Azərbaycan təhsil tarixində ilkə imza atdı. Nədənsə UNEC-in bu uğuru təhsil hadisəsinə çevrilmədi. Halbuki bu, Cənubi Qafqazda bir ilk idi.
Planetin ən nüfuzlu reytinq agentliklərindən olan “Times Higher Education” (“THE”) ənənəvi olaraq, “Dünya Universitetləri Reytinqi 2026” -nın nəticələrini açıqladı. Dünya universitetlərinin ilk TOP-1000-liyinə daxil olan UNEC (801-1000-ci yerlər) nəinki Azərbaycan, Cənubi Qafqazda birinci oldu.
Ən sevindirici məqam isə UNEC-in tədqiqat keyfiyyəti indeqatoru (meyarı) üzrə çox yüksək nailiyyət əldə etməsidir. UNEC Azərbaycan təhsil tarixində ilk dəfə olaraq bu meyar üzrə TOP-500-də də yer aldı, 481-ci yeri qazandı.


Hazırda dünya universitetlərinin çağdaş inkişaf meylləri tədqiqat keyfiyyətinə xüsusi önəm verir. Artıq bir universitetin uğur formulu daha çox onun tədqiqatçılıq imkanları və bu üsulla bazara çıxardıqları məhsullar ölçülür. Sırf tədqiqatçılıq keyfiyyəti universiteti, ümumilikdə təhsili innovasiya, sənaye mühiti ilə sıx bağlayır. UNEC-in son illərdə sırf tədqiqat universiteti profili üzrə inkişaf xətti özünün ən yüksək reytinq göstəricilərində göstərdi. Bu nəticənin əldə olunmasında, UNEC-i reytinqdə xeyli irəliləməsində iştirak edən ikinci indeqator isə beynəlmiləlləşmə parametrləridir. UNEC-in bu meyar üzrə irəliləməsi universitetin gələcək üçün qarşıya qoyduğu yol xəritəsinin ümumi mənzərəsini əks etdirir. Bir universitet özünün nəzəri, praktiki və tədqiqat bazası ilə məkan faktorunun sərhədlərini aşaraq dünya ilə ayaqlaşa bilmək üçün mütləq bu indeqatorun tələbləri üzərində fəaliyyət proqramını qurmalıdır. Dünyanın nəhəng universitetlərinin ilkin özəlliyi onların məhz beynəlmiləl funksiyalarındadır ki, Azərbaycan gerçəkliyində də UNEC bunu ən yaxşı bacaran ali təhsil müəssisəsi rolunda çıxış edir.
Qeyd edək ki, “Times Higher Education” reytinq sıralamasında UNEC-dən sonra 3 universitetimiz - Bakı Dövlət Universiteti, ADNSU və AzTU yalnız 1501+ yerdə qərarlaşıblar (Mənbə: //www.timeshighereducation.com/world-university-rankings/latest/world-ranking?fbclid=IwY2xjawNufkxleHRuA2FlbQIxMABicmlkETFtNDJuc0dSeDlLUWkyNWVzAR4xmm2p5qZFZxLV97s-kGpbzQvt0edVNVU3YGd2yHO8OofTqvWUiFPQVRFwzg_aem_7WsPYWk5X26aRaZQPQoqcg).
 

Onu da vurğulayaq ki, bu göstəricilər UNEC-in il ərzində əldə etdiyi yeganə reytinq uğuru deyil. Belə ki, bir müddət öncə “A-2026”-nın (QS İnternational Trade Rankings MBA/Masters 2026) reytinq sıralaması açıqlandı. Bu göstəricidə UNEC reytinq üzrə yenə də Azərbaycan və Qafqazda birinci, dünyada isə 56-cı yerə yüksəldi.

QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 dünyada ən yaxşı Qlobal Biznes və Ticarət üzrə Magistr Proqramlarını müəyyən edir. Bu reytinqlər əsasən ticarətlə bağlı tədris məzmununa fokuslanır. Ticarət proqramının məzmunu göstəricisində UNEC LSE və Warwick kimi aparıcı universitetləri geridə qoyub və bu göstərici üzrə dünyanın ilk 20 universiteti sırasına yüksəlib.

Məzun nəticələri üzrə UNEC-in göstəricisi də çox güclüdür - 82.8 bal. Məzunların işlə təmin olunma faizi 89.5% təşkil edir ki, bununla da UNEC LSE və Warwick-i qabaqlayır. İnnovativ tədris - “Experimential Learning” alt indikatoru üzrə UNEC-i tədris metodikası baxımından Tsinghua və LSE kimi dünya universitetləri ilə eyni səviyyədədir. UNEC ailəsini növbəti uğur münasibətilə təbrik edir və əməyi olanların hər birinə təşəkkür edirəm (Mənbə://www.topuniversities.com/international-trade...).

UNEC brendi

2016-cı ildən etibarən “UNEC” brendi adı ilə fəaliyyət göstərən universitet hazırda təkcə milli deyil, beynəlxalq elm və ali təhsil məkanında da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Keyfiyyətli təhsil, faydalı elm, innovasiya və sosial yönümlü fəaliyyətləri ilə seçilib.

Universitetin “UNEC” brendi adı ilə əldə etdiyi nailiyyətlərin, uğur və üstünlüklərin yalnız bir hissəsini aşağıdakı şəkildə sıralaya bilərik:

Elmmetrik bazalarda irəliləyiş - “Scopus” bazasında UNEC-ə aid məqalələrə istinadların sayı son 10 ildə 1000 dəfədən çox, “Web of Science” bazasında isə 310 dəfə artıb. Məqalələrin ümumi sayına gəldikdə isə həm “Scopus”, həm də “Web of Science” üzrə bu göstərici 200 dəfədən çox artıq olub. Universitet bu artım tempinə görə də dünya üzrə lider mövqedədir;

Yüksək reytinqli tələbə seçimi – UNEC ən yüksək bal toplayan abituriyentlərin seçim göstəricisində ilk beşlikdə yer alır. 10 il bundan əvvələdək universitetdə oxuyan tələbələrin az qala, yarıdan çoxu ödənişli əsaslarla təhsil alanlar idisə (dolayısı yolla, daha az bal toplayanlar) indi bu göstərici cəmi 20%-dir. Yəni, “UNEC”-də yüksək bal toplayaraq dövlət sifarişi əsasında  təhsil alanlar ümumi tələbə kontingentinin 80%-ni təşkil edir. Bu isə çox yüksək göstəricidir;

Müəllimlərin sosial rifahı - Universitetdə müəllimlərin fəaliyyətinin nəticələrinə əsaslanan reytinq sistemi mövcuddur. Yəni müəllimlərin maaşı sabit vəzifə maaşı prinsipi ilə deyil, fəaliyyət nəticələrinə əsasən fərqli şəkildə müəyyən olunur. Bu qaydanın özü Azərbaycan ali təhsil sistemində bir ilk idi. Müəllimin tədqiqatyönümlü qabiliyyətinə əsaslanan bu sistem həm də onları müsbət elmi rəqabətə də fokuslandırdı.

Bu sistemdə ilk onluğa daxil olan  UNEC müəllimlərin maaşı 2 dəfə, 11-ci yerdən 30-cu yerə qədər olan müəllimlərin maaşı isə 70% artırılır. Reytinqin hesablanması üçün təxminən 100-dən çox göstəricidən istifadə edirik və bu göstəricilərin 70%-i məhz tədqiqat fəaliyyəti ilə bağlıdır;

Müəllimlərin tədqiqatçılıq bacarıqlarının artırılması - UNEC  müəllimləri  şərti olaraq iki əsas qrupa bölünür:  yalnız pedaqoji fəaliyyətlə məşğul olanlar və həm pedaqoji, həm də tədqiqat fəaliyyəti aparanlar. İkinci qrupa aid olan, yəni tədqiqatçı statusu əldə edən müəllimlərin maaşı 50% artırılır. Bu isə müəllimi həm də tədqiqatçılıq istiqamətinə yönəldən ən böyük motivasiyadır. Yerli ali təhsil mühitində ən ciddi problemlərdən sayılan peşəkar tədqiqatçı və faydalı tədqiqatçılıq mexanizmi UNEC-də həm də bu metodla yüksək şəkildə öz həllini tapır.

UNEC müəllimi tədqiqatçı statusunu almaq üçün dünya standartına cavab verən bir normativi ödəməlidir: Onun  son 5 il ərzində çap olunan  məqalələrinə istinadların sayı 100-dən çox olmalıdır. Üstəlik, bu mexanizm  iki ildir ki, “Scopus” bazası üzərində aparılır. Bu bazanın isə elmmetrik tələbləri digərlərinə nisbətdə hədsiz çoxdu.  Yəni son beş ildə “Scopus”da çap olunan məqalələrə istinadların sayı 100-dən, H indeksi isə 8-dən az olmamalıdır. Bundan əlavə, xarici dil sertifikatı təqdim edən müəllimlərə əməkhaqqı fondundan 15% əlavə ödəniş edilir.

“UNEC-100” İnkişaf Strategiyası

UNEC-in gələcək inkişaf mexanizmi “UNEC-100” İnkişaf Strategiyasında əksini tapıb.

“UNEC-100” İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri  müəyyən olunub.

Strategiyaya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq universitetin büdcəsinin 20%-nə çatdırmağı əsas hədəfə çevirib.

Bununla yanaşı, 2030-cu ilə qədər “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrin beynəlxalq tələbə elmi konfransını təşkil etmək UNEC -in İnkişaf Strategiyasında hədəf kimi müəyyən olunub.

Hazırda isə UNEC-də konkret və spesifık tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta məktəbi və İnkişaf iqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə  isə UNEC Tədqiqat Fondu, Differensial Əmək Haqqı Sistemi və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma mexanizmi mövcuddur. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir (Mənbə: //news.unec.edu.az/xeber/125-universitet/4856-unec-100-inkishaf-strategiyasi-tedgigat-universiteti).

UNEC-in tətbiq etdiyi qabaqcıl idarəetmə yanaşmaları, tələbə və tədqiqat mərkəzli təhsil modeli, çoxşaxəli beynəlxalq əməkdaşlığı, startap və innovasiya təşəbbüsləri, yaşıl iqtisadiyyatla bağlı nailiyyətləri onu ölkəmizdə aparıcı ali təhsil müəssisələrindən birinə çevirib. “UNEC-100” İnkişaf Strategiyasının müəyyən etdiyi məqsəd və hədəflər universitetin gələcəyə məsuliyyətli baxışını və hərtərəfli inkişaf əzmini açıq şəkildə ifadə edir.

UNEC və distant forma

UNEC brendinin özəlliyi və üstünlüyündən danışarkən vurğulanmalı olan bir vacib meyar da onun ölkədə ilk dəfə olaraq distant təhsillə bağlı fəaliyyət mexanizmi əsasında gördüyü işlərdir. Bu mexanizmin isə ən bariz nümunəsi distant təhsil mərkəzidir.

Universitet UNEC Extern (Distant Təhsil Mərkəzi) vasitəsilə 20 min tələbəyə uzaqdan təhsil vermək imkanına malikdir. Auditoriyaların  80%-i hibrid auditoriyalardır. Bu o deməkdir ki, istənilən vaxt hibrid dərslərin təşkili texniki baxımdan tam mümkündür.

Nəzərə alaq ki, gələcəyin ən optimal təhsil modeli hidrid təhsildir. İstər ümumtəhsil, istərsə də ali təhsil mühitində hibrid təhsil formasının hegemonluğu sadəcə, qaçılmazdır. Çünki XXI əsr təhsili özün süni intellekt tələbləri əsasında heç zaman universitet məkanına, auditoriyalara sığmayacaq. Klassik dəyərlərdən kənara çıxaraq universiteti tamamilə virtual dünyaya qurban verməyəcək. Bu, sadəcə, mümkün deyil. Hibrid təhsil gələcəyin ən unikal tədris formasıdır. UNEC-in də əsas inkişaf tendensiyalarından biri kimi bunu görməsi çox böyük peşəkarlıqdır.

UNEC rektoru, professor Ədalət Muradov: “Hazırda üzərində çalışdığımız ən böyük layihələrdən biri süni intellektin təhsilə tətbiqidir. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə işləri başa çatdıraraq ictimaiyyətə ətraflı məlumat verəcəyik. Universitetimiz artıq rəqəmsallaşdığı üçün süni intellektin tətbiqi texniki və infrastruktur baxımından heç bir çətinlik yaratmır. Bu baxımdan, sistemin UNEC-də tətbiqi olduqca asan və realdır. Düşünürəm ki, süni intellektin təhsil prosesinə inteqrasiyasından sonra universitetimiz qarşıya qoyduğu strateji hədəflərə daha sürətlə irəliləyəcək” (Mənbə://azedu.az/musahibe-ve-reportajlar/91848/azerbaycan-kimi-lke-uchun-51-universitet-choxdur-rektorla-musahibe-i-hisse/?fbclid=IwY2xjawNuhs9leHRuA2FlbQIxMQABHk7gAITJG4sNyN5_9dq2xm49mPmZvKGJeY4ieKuMaqBBfESTI_XcPAhQX1Qo_aem_dY4DcLN9n3UnPfNpZ-pyPQ ).

Azərbaycan qanunvericiliyinə əsasən, hələ ki, distant təhsil etibarlı hesab edilmədiyi üçün bu formadan yararlanaraq əldə edilən diplomlar da heç bir hüquqi əsas danışmır. Həm bu, həm də digər səbəblərdən Azərbaycan ali təhsil seqmenti distant təhsil formasının tədrisi və təşkili istiqamətində demək olar ki, heç bir addım atılmayıb.

Yalnız UNEC hələ pandemiyadan əvvəl distant təhsil mərkəzi olan UNEC Ekstern-I ərsəyə gətirmiş və bununla da bir ilkə imza atıb.

Qeyd edək ki, UNEC Eksterndə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edir. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdir. Tətbiq edilən model ən müasir texnologiyaların tətbiqi ilə əyani təhsilin alternatividir. Əyani təhsildən yeganə fərqi müəllim və tələbələrin müxtəlif məkanlarda olmasıdır. Üstünlükləri çoxdur. Ən böyük üstünlüklərindən biri müəllimin mühazirəsinə tələbələrin dərsdən sonra məhdudiyyətsiz baxmaq imkanının olmasıdır.

(ardı var)

Elmin Nuri

Təhsil tədqiqatçısı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see145

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see139

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri