Icma.az
close
up
RU
UNEC də dəyirmi masa keçirilib Bu məsələ müzakirə edildi (FOTOLAR)

UNEC də dəyirmi masa keçirilib Bu məsələ müzakirə edildi (FOTOLAR)

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

UNEC-də “Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli” adlı dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar, UNEC-in, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin psixoloji xidmət sahəsində fəaliyyət göstərən nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi ali təhsil müəssisələrində psixoloji xidmətin təşkili, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, universitetlərdə sağlam psixoloji mühitin formalaşdırılması və mövcud çağırışların müzakirəsi olub.

Tədbirdə çıxış edən UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, gələcəyin universitet modeli artıq yalnız auditoriyalar və inzibati çərçivələrlə məhdudlaşmır: “Müasir universitet tələbələrin sosial və psixoloji vəziyyətini nəzərə alan, cəmiyyətlə sıx əlaqədə fəaliyyət göstərən canlı mühitə çevrilməlidir”- deyə o, bildirib.

Çıxışında gənclərin emosional həssaslıq dövrünə toxunan rektor bildirib ki, tələbəlik dövrü psixoloji baxımdan həssas mərhələdir və bu dövrdə yaşanan münasibətlər, emosional bağlılıqlar bəzən ciddi psixoloji gərginliklər yarada bilir. O bildirib ki, hazırda diqqət əsasən tələbələrə yönəlsə də, müəllimlər, əməkdaşlar və rəhbər heyət də psixoloji dəstəyə ehtiyac duyur.

Problemlərin həllində psixoloji xidmətin roluna toxunan Ə.Muradov qeyd edib ki, bu sahəyə ayrıca struktur kimi deyil, universitet idarəetməsinin vacib elementlərindən biri kimi yanaşılmalıdır: “Psixoloji xidmət yalnız problem yarandıqdan sonra müdaxilə edən struktur deyil, həm də universitet mühitini sağlamlaşdıran, riskləri əvvəlcədən müəyyən edən mexanizmdir”.

Ədalət Muradov cəmiyyətdə psixoloqa müraciətlə bağlı formalaşan stereotiplərə də toxunub. O, psixoloji xidmətin universitet idarəçiliyində effektiv mexanizmə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, universitetlərdə Psixoloqlar Assosiasiyasının yaradılması ilə bağlı təklif irəli sürüb.

Sonra UNEC-in Psixoloji xidmət mərkəzinin rəhbəri Şəfahət Abdullayeva çıxış edərək, mərkəzin fəaliyyət istiqamətləri, tələbələrə göstərilən psixoloji dəstək xidmətləri, görülmüş işlər, maarifləndirici tədbirlər və gələcək layihələr barədə məlumat verib.

Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Psixologiya” kafedrasının müdiri prof. Elmar Hüseynov, Azərbaycan Dillər Universitetinin “Psixologiya və pedaqogika” kafedrasının müdiri İranə Məmmədli, ADA Universitetinin psixoloqu Kəmalə Ağayeva, Xəzər Universitetinin psixoloqu Mələk Kərimova və Azərbaycan Memarlıq və İnşaat Universitetinin psixoloqu Birgül Qurbanova çıxış edərək, bu istiqamətdə öz təcrübələrini bölüşüblər.

Görüş zamanı universitetlərdə psixoloji xidmətin təşkili, tələbələrlə iş mexanizmləri, risklərin erkən müəyyənləşdirilməsi, psixoloji dəstəyin əlçatanlığının artırılması və bu sahədə vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 May 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri