Icma.az
close
up
RU
ADUda dəyirmi masa keçirilib Fotolar

ADUda dəyirmi masa keçirilib Fotolar

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə ”Qarabağ Zəfəri və Türk Dünyası” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Azərbaycan xalqının əzəli torpaqlarını işğaldan azad etdiyi şanlı Zəfərin geniş müzakirəsinə və türk birliyinin əhəmiyyətinin vurğulanmasına həsr olunub.

Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli tədbirin əhəmiyyətindən danışaraq, Qarabağ Zəfərinin tarixi və siyasi əhəmiyyətini vurğulayıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qeyd edib ki, Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, bütün türk dünyası birliyinin, həmrəyliyinin, mətinliyinin göstəricisidir:

“Qarabağ zəfəri təkcə Şanlı Qələbə deyil, bu Zəfər tarixdə Türk dünyasının birliyini sübut edən bir dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu Qələbə türk birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər eyni zamanda, ədalətin bərqərar olmasıdır. Azərbaycan torpaqlarının azad olunması ilə biz yalnız haqqımızı bərpa etmədik, həm də türk birliyinin gücünü göstərdik. Bu birlik hər birimizin gələcəyinə ümid işığıdır.”

Millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov çıxışında Qarabağ Zəfərinin təkcə, hərbi gücün deyil, həm də siyasi iradənin və xalq birliyinin nəticəsi olduğiunu vurğulayıb. Onun sözlərinə görə bu zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq dəyəridir.

“44 günlük Vətən müharibəsi türk qardaşlığının sarsılmaz təməl üzərində qurulduğunu bir daha sübut etdi. Bu zəfərdə təkcə Azərbaycan deyil, Türkiyə və digər türk dövlətləri bir yumruq kimi bizimlə idi. Həm siyasi, həm də mənəvi cəhətdən həmişə yanımızda olan Türkiyə bu zəfərin hər bir addımında öz dəstəyini göstərdi. Türk birliyi bu qələbə ilə möhkəmləndi və bu gün onun bəhrəsini görürük.”- deyən Millət vəkili Qarabağ zəfərinin türk dünyası üçün əhəmiyyətini vurğuladı. Və bu birliyin türk dünyası üçün strateji addımlarının atılmasının vacibliyini bildirib.

Türkiyənin Milli Müdafiə Universitetinin prorektoru, professor Nurettin Acır çıxışında bildirib ki, bu kimi tədbirlər türk dövlətlərinin birliyini möhkəmləndirməklə yanaşı, Qarabağ zəfərinin beynəlxalq səviyyədə tanınmasına və onun tarixi əhəmiyyətinin təbliğinə xidmət edir.

Türk dövlətləri arasında strateji əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Nurettin Acır Qarabağ zəfərinin türk dünyası üçün bir nümunə olduğunu bildirmişdir:

“Azərbaycan Qarabağ Zəfəri Türk dünyası üçün bir qürur mənbəyidir. Bu zəfər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq uğurudur. Biz bu Qələbə ilə dünya siyasətində yeni bir güc balansı yaratdıq. Türk dövlətlərinin birliyi daha güclü gələcəyin təminatıdır. Bu zəfər həm də bir sübutdur ki, türkün olduğu yerdə ədalət var, güc var, birlik var. Qarabağ Zəfəri bütün Türk dünyasının gləcəyinə ümid qapıları açdı və biz bunu birlikdə qoruyacağıq.”

Tədbir tələbələrin ifasında “Qarabağ Zəfəri”adlı kompazisiya ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see171

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see168

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri