Icma.az
close
up
RU
UNEC də Elm Festivalı keçirilib

UNEC də Elm Festivalı keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-də iki mühüm təşəbbüsə - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması” layihələrinə start verildiyini qeyd edib. O bildirib ki, bu layihələr çərçivəsində ölkənin aparıcı məktəblərində və regionlardakı universitetlərdə şagirdlərin və gənclərin elmə marağının artırılması məqsədilə tanınmış alimlərlə görüşlər keçirilir.

Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin artıq bəhrəsini verdiyini vurğulayıb. Son beş ildə universitetin əldə etdiyi uğurlardan danışan Ədalət Muradov bildirib ki, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artım müşahidə olunur: “2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 6,4 dəfə, “Web of Science” bazasında 5,8 dəfə, “SciVal” üzrə 6,3 dəfə, “InCites” bazasında isə 5,6 dəfə artıb. Həmin illər ərzində Azərbaycan alimlərinin “Scopus”da dərc olunmuş bütün elmi məqalələrinin 20 faizi, “Web of Science”də isə 19 faizi məhz UNEC-in payına düşür. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqaməti üzrə yazılmış elmi əsərlərin sayında isə 5 ildə 10 dəfə artım qeydə alınıb. Ümumilikdə, “Scopus”da dərc olunan məqalələrin 49,8 faizi minilliyin inkişafı məqsədlərinə həsr olunub. Bu artım tempinə görə UNEC dünya miqyasında lider mövqedədir”, – deyə rektor bildirib.

Ədalət Muradov UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-in dünyanın ən zəngin elmi bazalarındakı 5 milyona yaxın elektron resursa çıxış imkanına malik olduğunu vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətindən bəhs edərək, ölkədə elmin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Nazir ölkə elmi qarşısında duran çağırışlardan danışıb və bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O, elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına töhfə verməsinin, eyni zamanda, elmin cəmiyyət üçün anlaşıqlı formaya salınmasının vacibliyini vurğulayıb. Emin Əmrullayev elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsinin də əsas vəzifələrdən biri olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairələrin rolundan danışıblar. Onlar elm siyasətinin cəmiyyətdə elmin nüfuzunun artmasına və bilik əsaslı qərarların ön plana çıxmasına şərait yaratmasının vacibliyini qeyd ediblər.

Sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatla çıxış edib.

Rəsmi hissədən sonra iştirakçılar “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərinə baxış keçirilib.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin “Bazarın hüdudları” kitabının təqdimatı keçirilib.

Elm festivalı aprelin 10-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri