Icma.az
close
up
RU
UNEC də maliyyə nəzarəti mövzusunda konfrans keçirilib FOTOLAR

UNEC də maliyyə nəzarəti mövzusunda konfrans keçirilib FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Auditorlar Palatası, UNEC və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfransın açılışından öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü və UNEC-in şəhid olmuş tələbə və məzunlarının abidəsi önünə gül dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad ediblər.

Konfransın açılışında çıxış edən rektor professor Ədalət Muradov Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki müzəffər qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu diqqətə çatdırıb. Rektor bu tarixi hadisələrin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, konfransın “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edərək, vergi islahatlarının maliyyə nəzarətinin gücləndirilməsinə və özəl sektorda uçot sisteminin bərpasına təsirlərindən danışıb. Xidmət rəisi ölkədə vergi sisteminin şəffaflaşdırlması, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi sisteminin rəqəmsallaşdırlması istiqamətində görülmüş işlərdən söz açıb. Həyata keçirilmiş uğurlu islahatlar nəticəsində könüllü əməletmə indikatorunun ümumi daxil olmalar üzrə 2019-cu illə müqayisədə 2 dəfə artaraq, 93 faiz, bu göstəricinin qeyri-neft sektoru üzrə 91 faiz təşkil etdiyini bildirib. O.Nəzərli vergi sahəsində rəqəmsal texnologiyaların, süni intellekt və digər innovasiyaların tətbiqinin vergi xidmətinin effektivliyini artırdığını, maliyyə şəffaflığını və iqtisadi inkişafı daha da gücləndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov gömrük sisteminin rəqəmsallaşdırılmasının ticarətin asanlaşdırılması və büdcə dayanıqlığının təmin edilməsindəki rolundan söz açıb. Sədr müavini gömrük xidmətində kəmiyyətlə yanaşı, keyfiyyət göstəricilərinin artdığını, şəffaflığın təmin olunduğunu diqqətə çatdırıb.

UNEC rektoru professor Ədalət Muradov konfransda "Kadr hazırlığında yeni dövrün çağırışları" mövzusunda çıxış edərək, mövcud ali təhsil modelinin böhranı haqqında düşüncələrini paylaşıb: “Bu günkü ali təhsil modeli bu günün və sabahın tələblərinə cavab vermək iqtidarda deyil. Birinci sənaye inqilabı dövründə yaranmış universitetlər IV sənaye inqilabı üçün  mütəxəssis hazırlığını  həyata keçirə bilmir və keçirə də bilməz. Universitet ictimai təsisatdır və bu təsisatın qarşısında duran əsas vəzifə ictimai təfəkkürün və ictimai mədəniyyətin formalaşdırılmasıdır.

...Təhsil bu baxımdan yeni paradiqmaları ortaya qoymalıdır. Azərbaycan müasir dövrün tələblərinə cavab verən müasir universitet quruculuğunda öz təşəbbüslərini irəli sürə bilər. Yeni universitet quruculuğunda təhsilin rəqəmsallaşdırılması önə çıxacaq, hətta rəqəmsal təhsildən bir addım önə gedərək, ağıllı təhsil dediyimiz model artıq mövcuddur. Bu, bütövlükdə təhsilə tamamilə yeni bir baxışı tələb edir”, deyə rektor bildirib. Ədalət Muradov yeni universitet modelinin qurulması istiqamətində müasir çağırışları nəzərə alaraq,  UNEC-də həyata keçirilən yenilikləri də iştirakçıların diqqətinə çatdırıb.

Konfransda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədr müavini Azər Abbasov “Əmlakın leqallaşdırılması/TMM-ə qarşı mübarizə ölkənin maliyyə təhlükəsizliyinin mühüm amili kimi”, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə “Azərbaycan Respublikasında maliyyə nəzarətinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi məsələləri”, Auditorlar Palatasının sədri prof.Vahid Novruzov “Audit konstitusiya və suverenlik zəminində”, ETN İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Süni intellektin maliyyə nəzarətində istifadə imkanları”, UNEC-in “Maliyyə və audit” kafedrasının müdiri prof.Əvəz Ələkbərov “Maliyyə şəffaflığı, elm və praktikanın vəhdəti: müasir çağırışlar”, Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev “İqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət auditinin rolu”, Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “Dövlət maliyyə nəzarəti və audit”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, UNEC-in dosenti Elşad Səmədzadə “Maliyyə nəzarəti konstitusiya hüquqlarının keşiyində” mövzularında çıxış ediblər. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri