Icma.az
close
up
RU
UNEC də Ulu Öndərlə bağlı konfrans keçirilib FOTOLAR

UNEC də Ulu Öndərlə bağlı konfrans keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan  “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” adlı elmi-praktiki konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfrans iştirakçıları öncə Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Konfransın açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Konfransda UNEC-in rektoru professor Ədalət Muradov müstəqilliyimizin ilk illərində Azərbaycanı dərin iqtisadi böhrandan çıxaran Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb. Rektor Heydər Əliyev zirvəsinin hələ fəth edilmədiyini bildirib, Ulu Öndərin zəngin irsinin daha da dərindən araşdırılaraq, layiqli əsərlər eləcə də kitablar yazılmasının vacibliyini diqqətə çatdırıb.

İctimai siyasi xadim, t.e.d. Həsən Həsənov konfransda çıxış edərək, Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşərək, Azərbaycanın beynəlxalq aləmdə tanınması, iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü- 34 ili  görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. A.Rəhimzadə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb.

UNEC-in məsləhətçi professoru Arif Şəkərəliyev konfransda “Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan elminə töhfələri” adlı mövzu ilə çıxış edib.

Konfrans öz işini “Müasir əmək bazarının tələblərinə uyğun yeni nəsil iqtisadçıları: Rəqəmsal dövrün çağırışları və fürsətləri”, “Maliyyə, bank, mühasibat və audit sisteminin gələcəyi: Yeni trendlər və texnologiyalar”, “Azərbaycanda yeni biznes təfəkkürü və sahibkarlığın inkişafı”, “Gələcəyin mühəndisləri: İnnovativ texnologiyalar və süni intellektin tətbiqi” mövzularında bölmə iclasları ilə davam edib.

Konfrans çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitabların və Dizayn Məktəbinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri