Icma.az
close
up
RU
UNEC də Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib

UNEC də Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu keçirilib.

525.az xəbər xəbər verir ki, forumda dövlət və özəl sektorların rəhbərləri, işəgötürənlər, yerli və xarici ekspertlər, elm adamları və digər qonarlaq iştirk ediblər.

Açılış nitqi ilə çıxış edən Tədris üzrə prorektor dosent Gəray Musayev UNEC-in 95 illik yubileyi çərçivəsində keçirilən forumun məqsədinin universitetlərlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirmək və gənclərin əmək bazarına hazırlığını artırmaq olduğunu deyib. Prorektor UNEC-in bu istiqamətdə məqsədini açıqlayıb: “Müasir ali təhsilin əsas məqsədi tələbələri yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlar və çevik düşüncə ilə iş həyatına hazırlamaqdır. UNEC “Auditoriyadan iş dünyasına” yanaşması ilə tələbələrin təhsilini real iş mühitinə uyğunlaşdırır”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə forumun əhəmiyyətinə diqqət çəkərək universitetlərlə iş dünyasının əməkdaşlığının məzunlarının məşğulluğu, onların əmək bazarının tələblərinə uyğun hazırlanması istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib. O, UNEC məzunlarının məşğulluq göstəricisinin yüksək olduğunu vurğulayaraq, bu rəqəmin 2018-2022-ci illərin göstəricilərinə görə 63 faizdən çox olduğunu bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov dünyada baş verən dəyişikliklərin ali təhsildə yeni yanaşmaları zəruri etdiyini vurğulayıb. O, UNEC-də “Qida təhlükəsizliyi” üzrə yüksək ixtisaslı peşəkar kadrların hazırlandığını diqqətə çatdıraraq, bu sahədə çalışanların böyük əksəriyyətinin məhz UNEC məzunları olduğunu deyib.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Mürsəl Rüstəmov UNEC ilə ATİB arasındakı əməkdaşlıqdan söz açıb. Hər iki qurum arasında imzalanmış memorandum çərçivəsində uğurlu iş birliyinin həyata keçirildiyini deyən M.Rüstəmov forumun yeni əməkdaşlıqların qurulması istiqamətində mühüm platforma rolunu oynayacağından əminliyini ifadə edib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli forumun universitetlərlə işəgötürənlər arasında əlaqələri gücləndirdiyini bildirib. MÜSİAD-la UNEC-in əməkdaşlıq çərçivəsində gördüyü işləri iştirakçıların diqqətinə çatdıran R.Cabirli UNEC-in əmək bazarının tələblərinə uyğun kadr hazırlığında aparıcı rol oynadığını qeyd edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vuqar Oruc AQC-nin universitetlərlə iş birliyindən danışıb. Hər il UNEC-in 100-ə yaxın tələbəsinin AQC-də təcrübədə olduğunu və onların böyük əksəriyyətinin həmin şirkətlərdə əmək fəaliyyətinə başladığını bildirib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov isə komitənin stukturu və işə qəbul qaydalarını, eləcə də UNEC məzunlarının komitədəki məşğulluq payını açıqlayıb: “DSK-da hazırda 357 nəfər UNEC məzunu çalışır. Onlardan 134 nəfəri komitənin aparatında müxtəlif vəzifələrdədir”.

Sonra PASHA Holding şirkətinin direktor müavini Ad Boon “İşin gələcəyi”, Macarıstan Milton Fridman Universitetinin prorektoru dos.Piter Satmari “İqtisadi təhsildə innovasiya: UNEC və Milton Fridman Universiteti arasında əməkdaşlıq imkanları”, Macarıstanın Miskolc Universitetinin Elmi işlər və beynəlxalq əlaqələr direktorluğunun koordinatoru Burak Akın “Macarıstanda təhsil: Təqaüdlər və İmkanlar” mövzularında təqdimatlarla çıxış ediblər.

Forumun sonunda UNEC-in Təcrübənin Təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə şöbənin fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verib. O, forumun nəticələrinin universitetlə şirkətlər arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına, tələbələr üçün təcrübə və iş imkanlarının artırılmasına, həmçinin təhsil və təcrübə proqramlarının əmək bazarının tələblərinə uyğun olaraq yenilənməsinə böyük töhfə verəcəyini vurğulayıb.

Çıxışlardan sonra forum hibrid formada panel müzakirələrlə davam edib. Panellərdə əsas müzakirə mövzuları “Təhsil və karyera uyğunluğu – universitetlər və işəgötürənlər arasinda dialoq”, “Şəbəkələşmə və təcrübə mübadiləsi”,  “Əmək bazarinda inklüzivlik və əlçatanliq”, “Gündəlik iş prosesində sünu intellek alətlərindən istifadə”, “İnsanların idarə edilməsi və motivasiya tədbirləri”, “Gənclərin iş dünyasına hazırlığında Karyera mərkəzlərinin rolu” olub.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri