Icma.az
close
up
RU
UNEC in universitetdaxili III qrant müsabiqəsində 6 layihə qalib olub

UNEC in universitetdaxili III qrant müsabiqəsində 6 layihə qalib olub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetdaxili III qrant müsabiqəsinin qaliblərinin təqdimat mərasimi keçirilib. Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, PAŞA Holdinq-in Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru, qrant müsabiqəsi komissiyasının sədri Elman Eminov, müsabiqənin qalibləri, müəllimlər və xarici tədqiqatçılar iştirak ediblər.

XQ xəbər verir ki, tədbirin açılışında çıxış edən rektor, professor Ədalət Muradov 2022-ci ildən etibarən həyata keçirilən universitetdaxili qrant müsabiqəsinin ölkədə ilk təcrübə olduğunu bildirib: “UNEC-in tətbiq etdiyi bu model elmin təşviqi, tədqiqat mühitinin gücləndirilməsi və innovativ ideyaların dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs universitetdə elmi tədqiqatların maliyyələşdirilməsində yeni yanaşma formalaşdırmaqla yanaşı, UNEC-in tədqiqat yönümlü ali məktəb modelinə keçidi istiqamətində atılan mühüm addımlardan biridir”.

Rektor hazırda qrantın ümumi həcminin 150 min manat təşkil etdiyini və gələcəkdə bu məbləğin 1 milyon manata qədər artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, universitetdaxili qrant müsabiqəsinə təqdim edilən layihələrin ekspertizası və icrasına nəzarətin təmin olunması üzrə yaradılmış komissiyanın heyətində ölkənin aparıcı dövlət və özəl qurumlarının nümayəndələrinin təmsil olunduqlarını xüsusi vurğulayaraq, bu yanaşmanın müsabiqədə şəffaflıq və obyektivliyi təmin etdiyini bildirib.

Prof.Ədalət Muradov bu ilki müsabiqədə maraqlı və tətbiq yönümlü mövzuları əhatə edən 6 layihənin qalib seçildiyini bildirib. Qalibləri təbrik edən rektor, onları elmin maliyyələşdirilməsi ilə bağlı UNEC modelinin qurucuları adlandırıb.

Daha sonra qalib layihələrin müəllifləri təqdimatla çıxış ediblər. “Rəqəmsal Transformasiya üçün Biznes Diaqnostikası: UNEC İnnovasiya Modeli” layihəsinin rəhbəri Həsrəddin Quliyev, “Smart təhsil: Maşın öyrənməsinə əsaslanan adaptiv təhsilin təşkili” layihəsinin rəhbəri Sevda Sərdarova, “Lokal günəş-külək hibrid enerji sisteminin layihələndirilməsi və prototipin hazırlanması” layihəsinin komanda üzvü Kamran Hüseynov, “Yeni nəsil günəş elementləri və fotodetektorlar üçün Si; PbS və Qrafen əsaslı sıfır ölçülü kvant nöqtələrinin hazırlanması və onların optoelektron xarakteristikalarının təyini” layihəsinin rəhbəri Əhməd Asimov, “Azərbaycanda IT peşələri əmək bazarı kontekstində süni intellektin funksional və strateji təsirlərinin təhlili (SİFST-İT)” layihəsinin rəhbəri Təranə Əliyeva və “Azərbaycan üçün Gələcəyin Tədqiqatçısı: Ali təhsildə süni intellekt və data elminə əsaslanan bacarıqların inkişafı proqramlarının dizaynı” layihəsinin rəhbəri Teymur Sərxanov öz layihələri, tədqiqat istiqamətləri, məqsədləri və gözlənilən nəticələr barədə məlumat veriblər.

PAŞA Holdinq-in Makroiqtisadi Tədqiqatlar Departamentinin direktoru, qrant müsabiqəsi komissiyasının sədri Elman Eminov çıxışında bildirib ki, bu il təqdim olunan layihələr elmi dəyəri və praktiki tətbiq imkanları baxımından yüksək səviyyədə olub. O, 20-dən çox layihə arasından 6 qalibin seçildiyini, bu layihələrin Azərbaycan elminə, təhsilinə və iqtisadiyyatına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Sonda rektor elmi fəaliyyəti stimullaşdırmaq məqsədilə yaxın gələcəkdə UNEC-də həyata keçiriləcək yeniliklər barədə də məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri