3 ay əvvəl yaranan şirkət 6 tender müsabiqəsində qalib olub
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İqtisadi Elmi Tədqiqat İnstitutu” PHŞ tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 4 min 104 manat 28 qəpik olan tender müsabiqəsinin qalibi “Son Söz Holding” MMC (VÖEN – 1009708301) olub.
“Son Söz Holding” MMC İnstitutun sifarişi ilə bu quruma dəftərxana malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Son Söz Holding” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Süleyman Sani Axundov, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev İlqar Rəşid oğludur. Tenderin qalibi olan “Son Söz Holding” MMC isə 2026-cı ilin 3 avqust tarixində dövlət qeydiyyatına alınıb.
MMC dövlət qeydiyyatına alındıqdan sonra – təxminən son 3 ayda 6 tender müsabiqəsində qalib olub.
“Son Söz Holding” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 1 ay sonra Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən keçirilən 14 min 819 manat 21 qəpik dəyərində tender müsabiqəsinin qalibi seçilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:3 ay əvvəl yaranan şirkət 8 tenderin qalibi oldu Şübhəli məqamlar
06 Noyabr 2024 19:38
Azərbaycanda 3 ay əvvəl yaradılmış şirkət ləğv edilir
21 Oktyabr 2025 11:17
8 gün əvvəl yaranan şirkət “Beynəlxalq Bank”ın tenderini udub
03 İyun 2025 17:26
Maliyyə Nazirliyinin tenderini bir ay əvvəl yaranan “Son Söz Holding” adlı şirkət uddu
26 Oktyabr 2026 15:59
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















