Icma.az
close
up
RU
UNEC Macarıstanın Milton Fridman Universiteti ilə əməkdaşlığa başlayır AZƏRTAC

UNEC Macarıstanın Milton Fridman Universiteti ilə əməkdaşlığa başlayır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstanda işgüzar səfərdədir.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Hüseyn Həsənov, Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə və Karyera Mərkəzinin direktoru Sevinc Məcid Macarıstanın Milton Fridman Universitetində qonaq olublar.

UNEC-in nümayəndə heyəti Milton Fridman Universitetinin ümumi məsələlər və inkişaf üzrə prorektoru dosent Piter Satmari, Biznes-tədqiqatlar və menecment kafedrasının müdiri professor Henrietta Nad, Beynəlxalq və siyasi tədqiqatlar kafedrasının müdiri professor Georgi İvan Nesmeli və Kompüter elmləri kafedrasının müdiri professor Vid Sebestin Xonfi və digər rəhbər şəxslər tələbələrlə görüş keçiriblər.

Görüş zamanı Milton Universiteti nümayəndələri macar tələbələrin UNEC-ə əcnəbi tələbə kimi cəlb edilməsi məsələsində maraqlı olduqlarını bildiriblər. Həmçinin Azərbaycan və macar alimlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı elmi məqalələrin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub. İlk addım kimi 2025-ci ilin mart ayında beynəlxalq hibrid elmi konfransın keçirilməsi təklifini hər iki tərəf maraqla qarşılayıb.

Milton Universitetində informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışılıb və qeyd olunub ki, UNEC tələbələri də beynəlxalq sertifikatla bağlı bu təcrübədən faydalana bilərlər. Beynəlxalq təcrübə proqramlarında (Erasmus) iştirak və qrant layihələrinin alınması ilə əlaqədar əməkdaşlığın qurulması və birgə addımlar atılması üçün müzakirələr aparılıb. Həmçinin beynəlxalq reytinqlərdə uğurlu iştirakın təmin olunması üçün hər iki universitetin təcrübəsi qarşılıqlı paylaşılıb.

Sonda UNEC pedaqoji heyəti “Karyera planlaması”, “Yumşaq bacarıqlar”, “Sərt bacarıqlar” mövzularında məruzə ilə çıxış ediblər.

Səfər çərçivəsində UNEC-in nümayəndələri universitetlərin mühazirə və seminar otaqlarına, kitabxanalarına baxış keçirib, tələbələr üçün yaradılan şərait və müxtəlif sosial layihələrlə də tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri