Icma.az
close
up
RU
UNEC nəzdində Maliyyəİqtisad Kollecinin 90 illik yubileyi keçirilib

UNEC nəzdində Maliyyəİqtisad Kollecinin 90 illik yubileyi keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yubiley tədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş konfrans materialları sərgilənib.

Tədbirin açılışında çıxış edən UNEC rektoru prof. Ədalət Muradov kollecin kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Maliyyə-İqtisad Kollecinin Azərbaycanda orta ixtisas təhsili verən ilk kollec olduğunu diqqətə çatdıran professor Ədalət Muradov Ermənistanın işğalına qədər kollecin Xocalıda filialının fəaliyyət göstərdiyini deyib. UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərindən birinin qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpası olduğunu vurğulayıb. Rektor Azərbaycanda kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər də səsləndirib.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağlyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov çıxış edərək, kollecin kollektivini təbrik ediblər.

Tədbirdə kollecin Vətən Müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov, Elşən İbrahimovun rəsmləri onların valideynlərinə təqdim olunub.

Təntənəli yubiley tədbiri tələbələrin ifasında bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see157

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri