Icma.az
close
up
RU
Maliyyəİqtisad Kollecinin 90 illik yubileyi keçirilib FOTO

Maliyyəİqtisad Kollecinin 90 illik yubileyi keçirilib FOTO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, yubiley tədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş konfrans materialları sərgilənib.

Tədbirin açılışında çıxış edən UNEC rektoru prof. Ədalət Muradov kollecin kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Maliyyə-İqtisad Kollecinin Azərbaycanda orta ixtisas təhsili verən ilk kollec olduğunu diqqətə çatdıran professor Ədalət Muradov Ermənistanın işğalına qədər kollecin Xocalıda filialının fəaliyyət göstərdiyini deyib. UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin prioritetlərindən birinin qısa vaxtda Xocalıda mövcud olmuş filialının fəaliyyətinin bərpası olduğunu vurğulayıb. Rektor Azərbaycanda kollec təhsilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər də səsləndirib.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağlyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov çıxış edərək, kollecin kollektivini təbrik ediblər.

Tədbirdə kollecin Vətən Müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov, Elşən İbrahimovun rəsmləri onların valideynlərinə təqdim olunub.

Təntənəli yubiley tədbiri tələbələrin ifasında bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see121

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see120

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri