Icma.az
close
up
RU
UNEC nümayəndələri Mingəçevirdə FOTOLAR

UNEC nümayəndələri Mingəçevirdə FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

UNEC-in start verdiyi “Elm gözəldir: məktəbdən elmə” və “Elmin populyarlaşdırılması” təşəbbüslərinin reallaşdırılması istiqamətində UNEC nümayəndələrinin və elm adamlarının növbəti səfəri Mingəçevir şəhərinə olub.

"Unikal" xəbər verir ki, elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov, UNEC-in Elmin populyarlaşdırılması tədqiqat mərkəzinin direktoru, dosent Etibar Əliyev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dosent Ramil Sadıqov Mingəçevir Dövlət Universitetində, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə və 9 saylı tam orta məktəbdə görüşlər keçiriblər.

Layihənin məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan verməklə, elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.

Mingəçevir Dövlət Universitetində keçirilən görüşdə rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov UNEC-in təşəbbüsünün əhəmiyyətindən danışaraq, elmin populyarlaşdırılmasının cəmiyyətdə mühüm yer tutduğunu vurğulayıb. O, elmi mühitin inkişafı və elmin təbliği ilə bağlı MDU-da son illərdə həyata keçirilən işlərdən söz açıb.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev layihənin məqsədini diqqətə çatdıraraq, elmin populyarlaşdırılmasında və elmi biliklərin geniş yayılmasında ali təhsil müəssisəsinin üzərinə düşən vəzifələrdən danışıb. O, elm və təhsil müəssisələrini bu istiqamətdə fəal olmağa dəvət edib.

Sonra UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev və akademik Adil Qəribov elmin cəmiyyətə inteqrasiyası, müasir dövrün elmi problemləri və həlli yolları barədə maraqlı çıxışlar ediblər.

Məktəblərdə keçirilən görüşlərdə şagirdlərə elmin əhəmiyyəti, müasir texnologiyalar və innovativ inkişaflar haqqında məlumat verilib. Professor Rövnəq Rzayev və akademik Adil Qəribov şagirdlərə elmi tədqiqatların cəmiyyətə təsirini və onların gündəlik həyatımızdakı rolunu izah ediblər. Elmə olan marağın uşaqlıqdan başlayaraq inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkən alimlər, elmin ölkənin inkişafındakı rolundan da danışıblar.

Etibar Əliyev isə gəncləri elmi işlərə cəlb etməyin yollarından söz açıb və elmin müxtəlif sahələri üzrə maraqlı nümunələr gətirib. Tural Nağıyev və Ramil Sadıqov mühəndislik və tətbiqi elmlərin xüsusiyyətləri, bu sahələrdəki yeniliklər və inkişaf edən texnologiyalarla bağlı təqdimatlar ediblər.

Görüşlərdə iştirak edən məktəblilər və müəllimlər elmin daha sadə və maraqlı prizmadan təqdim edilməsini yüksək qiymətləndirərək, bu təşəbbüsə digər təhsil müəssisələrinin qoşulmasının və davam etdirilməsinin əhəmiyyətli olacağını vurğulayıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri