UNECdə karyera yarmarkası: tələbə və məzunlara 400dən çox vakansiya təklif olunub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn platforma üzərindən XV karyera yarmarkası keçirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. UNEC məzunlarının və sonuncu kurs tələbələrinin məşğulluğunun və iş dünyasına çıxışının təmin edilməsi, eləcə də peşəkar inkişaflarına dəstək olmaq məqsədilə keçirilən virtual yarmarkada ölkənin aparıcı şirkətləri və dövlət qurumları daxil olmaqla, ümumilikdə 104 müəssisə iştirak edib. Yarmarkada tələbə və məzunlara 400-dən çox vakansiya və 20-yə yaxın təcrübə proqramı təklif olunub.Təklif olunan vakansiyalar üzrə maksimum əməkhaqqı 3000 AZN, orta aylıq əməkhaqqı isə 847 AZN təşkil edib.
UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə iki gün davam edən XV virtual karyera yarmarkasına tələbə və məzunlar tərəfindən böyük maraq göstərilib. Təqdim olunan stendlərə 58.261 dəfə baxış keçirilib və ziyarətçilər tərəfindən şirkətlərə 1053 CV göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















