UNECE: İqlim layihələrində suyu daha çox nəzərə almağı təmin etməliyik
Icma.az, Apa.az saytına istinadən bildirir.
Su icması olaraq iqlim fondlarının iqlim layihələrində suyu daha çox nəzərə almağı təmin etməliyik.
APA xəbər verir ki, bunu UNECE-nin (Avropa İqtisadi Təşkilatı) Su Konvensiyasının katibi Sonja Koeppel "İqlim üçün Su: Su Həlllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
O bildirib ki, məsələn, Plin hövzəsi, Volta hövzəsi və ya Victoria hövzəsi üçün uyğunlaşma fondu transsərhəd layihələrin maliyyələşdirilməsinə başlayıb.
“Su konvensiyası bu istiqamətdə kömək edə bilər, məsələn, qlobal hövzələr şəbəkəsi və iqlim uyğunlaşması işində. Su və İqlim üzrə İşçi Qrupu gələn ilin mart ayında Cenevrədə keçiriləcək Qlobal İqlim Dəyişikliyi Workshopu ilə birlikdə yenidən toplanacaq və sizi ora dəvət edirəm. Nəhayət, düşünürəm ki, İqlim üçün Su üzrə Bakı Dialoqu bu mövzuları daha qlobal səviyyədə vurğulamaq üçün vacib rol oynayacaq”- Sonja Koeppel əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















