Icma.az
close
up
RU
UNESCO builki Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib AZƏRTAC

UNESCO builki Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

UNESCO yanvarın 24-də qeyd olunacaq builki Beynəlxalq Təhsil Gününü süni intellektə (AI) həsr edib. AZƏRTAC bu barədə təşkilatın bəyanatına istinadla xəbər verir.

Bəyanatda qeyd olunub: “UNESCO-nun Baş direktoru Odri Azule 2025-ci il Beynəlxalq Təhsil Gününü süni intellektin imkanlarına və çağırışlarına həsr etmək qərarına gəlib. O, UNESCO-nun üzv dövlətlərini həm müəllimlərin, həm də tələbələrin təhsil sahəsində bu texnologiyadan məsuliyyətlə istifadə etmələri üzrə təlimlərə sərmayə qoymağa çağırır”.

Təşkilatın məlumatında bildirilir ki, süni intellekt təhsildə getdikcə daha çox istifadə olunur. Yüksək gəlirli ölkələrdə orta məktəb şagirdlərinin üçdə ikisindən çoxu artıq məktəb tapşırıqlarını hazırlamaq üçün generativ süni intellekt alətlərindən istifadə edir. Müəllimlər də dərslərə hazırlaşmaq və tələbələrin işini qiymətləndirmək üçün süni intellektdən getdikcə daha çox istifadə edirlər. Ənənəvi olaraq müəllimlər və ekspertlər tərəfindən idarə olunan məktəb təlimatları və qəbullar da tədricən AI tərəfindən müəyyən edilir.

Bu sahədə problemlərə toxunan UNESCO qeyd edir: “Bununla belə, təhsil mütəxəssisləri hələ də bu təcrübələrlə bağlı aydın təlimatlara malik deyillər. UNESCO-nun 2023-cü ilin may ayında 450 qurum arasında apardığı sorğuya əsasən, hazırda məktəb və universitetlərin yalnız 10 faizinin süni intellektdən istifadə üçün rəsmi çərçivəsi var. 2022-ci ilə qədər yalnız 7 ölkə öz müəllimləri üçün süni intellekt çərçivələri və ya proqramları hazırlayıb, 15-i isə öz milli kurikulumlarına süni intellekt üzrə təlimlə bağlı məqsədləri daxil edib. Eyni zamanda, getdikcə daha çox ölkə sinifdə yeni texnologiyaların istifadəsinə məhdudiyyətlər qoyur. UNESCO-nun yeni məlumatlarına görə, hazırda ölkələrin demək olar ki, 40 faizində məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən qanun və ya siyasət mövcuddur. Bu, 2023-cü ilin iyulunda olan göstəricidən 24 faiz çoxdur”.

UNESCO, həmçinin qeyd edir ki, hökumətlər üçün əsas prioritetlər mükəmməl idarə olunan və əla təchiz olunmuş məktəblər, öz missiyaları ilə motivasiya edilmiş yaxşı təlim keçmiş və yüksək maaş alan müəllimlərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri