Icma.az
close
up
RU
Şimal qərb bölgəsinin təhsil işçiləri Gənclər Gününü qeyd ediblər

Şimal qərb bölgəsinin təhsil işçiləri Gənclər Gününü qeyd ediblər

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qax, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2 Fevral - Gənclər Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Qax rayonunda şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib.

Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova əlamətdar gün münasibətilə gənc müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb. Hər il fevralın 2-sinin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini vurğulayan idarə müdiri Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.

Günay Mahmudova son illər müəllim əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib, gənc müəllimlərin sayının ildən-ilə artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini deyib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Vurğulanıb ki, bu günün təntənə ilə qeyd edilməsi Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik ediblər.

Sonra gənc müəllimlərin çıxışları dinlənilib, nailiyyətləri ilə fərqlənən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Tədbir bədii proqramla başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri