Icma.az
close
up
RU
UNESCOnun mənzilqərargahında azərbaycanlı rəssamların sərgisi açılıb AZƏRTAC

UNESCOnun mənzilqərargahında azərbaycanlı rəssamların sərgisi açılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 27 noyabr, AZƏRTAC

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyev-Qafarova, Mahir Qafarov, Aynur Məmmədovanın, həmçinin gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri nümayiş olunub.

UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin səfirləri, daimi nümayəndələri və yerli incəsənət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbirdə çıxış edərək, sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin sarsılmaz öhdəliyinin təcəssümü olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E.Abdullayev “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixi nəticələrə imza atdığını diqqətə çatdırıb.

UNESCO-nun rəhbər nümayəndələri də mərasimdə çıxış edərək, mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyətdən və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar. Həmçinin COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər ünvanlanıb, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğu diqqətə çatdırılıb.

Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinə qədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiət təsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda, onun qorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edib, əsərlərlə yaxından tanış olublar. “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında üç gün müddətində ziyarətçilərə açıq olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri