Icma.az
close
up
RU
UNESCOnun mənzilqərargahında azərbaycanlı rəssamlarının sərgisi açılıb AZƏRTAC

UNESCOnun mənzilqərargahında azərbaycanlı rəssamlarının sərgisi açılıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 27 noyabr, AZƏRTAC

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyev-Qafarova, Mahir Qafarov, Aynur Məmmədovanın, həmçinin gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri nümayiş olunub.

UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin səfirləri, daimi nümayəndələri və yerli incəsənət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbirdə çıxış edəərk, sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin sarsılmaz öhdəliyinin təcəssümü olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E. Abdullayev “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixi nəticələrə imza atdığını diqqətə çatdırıb.

UNESCO-nun rəhbər nümayəndələri də mərasimdə çıxış edərək, mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyətdən və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar. Həmçinin COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər ünvanlanıb, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğu diqqətə çatdırılıb.

Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinə qədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiət təsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda, onun qorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edib, əsərlərlə yaxından tanış olublar. “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında üç gün müddətində ziyarətçilərə açıq olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri