Icma.az
close
up
RU
Azərbaycan Sahibkarlar Konfederasiyası COP29da bir sıra görüşlər keçirib

Azərbaycan Sahibkarlar Konfederasiyası COP29da bir sıra görüşlər keçirib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 çərçivəsində "Mavi zona"da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq İşəgötürənlər Təşkilatı birgə təmsil olunurlar.

Pavilyon aktiv fəaliyyət göstərir və yaşıl iqtisadiyyata keçid, bu zaman iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, yaşıl bacarıqların inkişaf etdirilməsi, bu transformasiyada işəgötürənlərin məsuliyyəti mövzularında panel müzakirələr keçirilir, aktiv görüşlər təşkil edilir.

Noyabrın 19-da COP pavilyonunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Bəhreyn Palatasının İdarə Heyətinin üzvü, Beynəlxalq İşəgötürənlər Təşkilatının vitse-prezidenti Sonya Canahi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Maraqlı Tərəflərin Əlaqələndirilməsi üzrə müdiri Stefani Vinet ilə görüş keçirib.

Konfederasiya prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və qeyri-neft sektorunun inkişafı istiqamətində bir neçə xüsusi proqramlar icra edir. Azərbaycanın özünəməxsus iqlimə malik olduğunu vurğulayan M.Musayev bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə imkan və potensiallar haqqında geniş məlumat verib. Ölkəmizin təmiz və halal kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı böyük perspektivlərini vurğulayıb.

Sonya Canahi Bəhreyn Palatasının 85 illik tarixi və 40 min üzvü olduğunu qeyd edib. O, Bəhreyn üçün əsas məsələ kimi qida təhlükəsizliyinin və logistika problemlərinin həllini önə çəkib. O, ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorluğu ilə görüşüb. Beate Andrees Regional direktorluğun fəaliyyəti, işəgötürən təşkilatları ilə əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb.

Konfederasiya prezidenti Məmməd Musayev Şərqdə işəgötürənlərlə işçilər arasında ilk kollektiv müqavilənin 120 il əvvəl məhz Azərbaycanda imzalandığını vurğulayaraq, Konfederasiyanın BƏT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirib.

Qeyd edib ki, BƏT ilə Azərbaycan Sahibkarlar Konfederasiyası birlikdə "Azərbaycan biznesində yaşıl keçidin inkişafı işəgötürənlərin nəzərində: strategiyaların və əsas tövsiyyələrin nəzərdən keçirilməsi" mövzusunda mövqe sənədi hazırlayıb və sənəd COP29 çərçivəsində keçirilən müvafiq plenar iclaslarda təqdim edilib.

Daha sonra Konfederasiyanın nümayəndə heyəti COP29 çərçivəsində "Mavi zona"da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksəksəviyyəli Nazirlərlərin görüşündə iştirak ediblər.

"Qida, Kənd Təsərrüfatı və Su Günü"ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu edib.

Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun çıxışçı olduğu paneldə maraqlı təcrübələr ətrafında çıxışlar dinlənilib.

COP29 çərçivəsində "Mavi zona"da ASK-nın fəaliyyəti davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri