Icma.az
close
up
RU
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində AKA Bank “Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda “Unibank”ın məsləhətçisi kimi Quantum International çıxış edib.

Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları təqdim edəcək.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “AKA Bank ilə əməkdaşlığımız “Unibank”ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən Quantum International-a təşəkkür edirik.”

AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib:  “Unibank ilə əməkdaşlığımız bizim üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata keçirməkdən məmnunuq.”

Unibank KB haqqında:

“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.

Quantum International haqqında:

Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə yetirib.

AKA Bank haqqında:

Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH 1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq bazarlarda iştirakını artırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri