“Unibank”ın kredit portfeli 259 milyon manat artıb
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
“Unibank” 2026-cı ilin ilk yarısını kredit portfelinin böyüməsi ilə başa vurub.
“Yeni Sabah” xəbər verir ki, bankın ümumi kredit portfeli 2025-ci ilin ilk yarısının sonunda 1 milyard 205,3 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 1 milyard 464,5 milyon manata yüksəlib. Bu, illik müqayisədə 259,2 milyon manat və ya 21,5% artım deməkdir.
Kredit portfelində ən nəzərəçarpan artım biznes kreditləri üzrə qeydə alınıb. Bu kateqoriya üzrə portfel 46,3% və ya 219,5 milyon manat genişlənərək 474,3 milyon manatdan 693,7 milyon manata çatıb. Marqarita pizza
İstehlak kreditlərində də artım olub. Belə kreditlərin həcmi bir il ərzində 29,2 milyon manat və ya 4,6% artaraq 630,6 milyon manatdan 659,8 milyon manata yüksəlib.
Daşınmaz əmlak kreditlərinin həcmi isə 10,5 milyon manat artıb. Nəticədə bu kreditlərin portfeli 100,5 milyon manatdan 111 milyon manata çatıb və illik artım 10,5% təşkil edib.
Cəlalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















