“Unibank”dan yeni komissiya tələsi: Müştəri şikayətçidir
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Unibank" ASC-nin "Ucard" məhsulundan istifadə edən vətəndaş kart hesabına vəsait köçürülməsi zamanı yaranan çətinliklərdən və əlavə tutulan komissiya haqlarından şikayətlənib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən müştərinin sözlərinə görə, o, əvvəllər "Card to card" xidməti vasitəsilə köçürdüyü 100 manat məbləğində vəsaitin avtomatik olaraq kredit hesabına yönəldiyini bildirib. Lakin cari ayda analoji əməliyyat zamanı məbləğ kredit hesabı əvəzinə kart hesabında əks olunub və dəfələrlə cəhd edilməsinə baxmayaraq, vəsaiti birbaşa kredit borcunun ödənilməsinə yönəltmək mümkün olmayıb.
Müştəri məcbur qalaraq nağd pul çıxarışı etdiyini və ödənişi terminal vasitəsilə həyata keçirdiyini, bu zaman isə 1.50 AZN məbləğində əlavə komissiya tutulduğunu qeyd edib. Vətəndaş yaranmış sistem dəyişikliyinin əlavə komissiya almaq məqsədi daşıdığını iddia edərək, məsələyə aydınlıq gətirilməyəcəyi təqdirdə kartı ləğv edəcəyini vurğulayıb. pizza mizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 28 Sentyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















