Icma.az
close
up
RU
“Unibank”ın prezidenti ilə bağlı iddialar Eldar Qəribov Avropada nələrə sahibdir?

“Unibank”ın prezidenti ilə bağlı iddialar Eldar Qəribov Avropada nələrə sahibdir?

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

”Unibank”ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə “Unibank”ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda dolaşır”. Tribunainfo.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, Eldar Qəribov “Unibank”ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir. “Onun Malta vətəndaşlığı var, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı – “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub”.

Həsənli qeyd edir ki, Azərbaycanla Fransa arasındakı gərgin münasibətlər bankirin bu ölkədəki lüksünə təsir göstərməyib. “Onun dəyəri bir neçə milyon avro olan “Floriana” adlı sevimli villası və əmlak şirkəti “siyasətə qarışmır”.

Araşdırmaçı yazır ki, Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq 91 faizə yüksəldib. “Bu işdə ona yaxın dostu, Fransanın Nisada şəhərində qapı qonşusu olan işadamı Bəylər Məmmədov kömək edir. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRISES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu “Canley Finance SA” maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”.

Cavanşir Həsənli iddia edir ki, Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan “əli yaxşı gətirmiş” qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir. “O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar. “Poker News”un məlumatına görə, bankirin oğlu o zaman 25 min “stavka” ilə 1.105.040 dollar və bir ədəd lüks “Style” saatı udub. O vaxtdan Eldar Qəribov oğunu qumardan ayıra bilməyib”.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

(siam.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri