Icma.az
close
up
RU
Şakir Qəribov 70!

Şakir Qəribov 70!

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu gün veteran futbolçu, SSRİ dönəmində ustalardan ibarət "Neftçi" komandasının futbolçusu olmuş Şakir Qəribovun 70 yaşı tamam olur. 

Şakir Dadaş oğlu Qəribov 1956-cı il yanvarın 15-də Sabirabadda anadan olub. Futbolla doğurlduğu rayonda məşğul olmağa başlayıb. 1973-cü ildə ustalardan ibarət “Neftçi” komandasına cəlb edilib. Əsas heyətə düşənə kimi 1974-75-ci illərdə “Dinamo”nun (Gəncə), 1975-76-cı illərdə isə hərbi xidmətlə əlaqədar OİK-də çıxış edib. 1977-ci ildə hərbi xidməti başa vurmamış “Neftçi”yə geri qaytarılıb. İlk oyununu əvəzedici komandanın heyətində Moskvanın “Dinamo” komandasına qarşı keçirib. 1978-ci ildə əsas heyətə dəvət alıb. 1978-1984 və 1986-1988-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub. 1985-1987-ci illərdə isə yenidın “Dinamo”da (Gəncə) oynayıb. Karyerasına 1989-cu ildə Gəncə komandasında son qoyub. SSRİ çempionatları tarixində yüksək dəstədə 200-dən çox oyun keçirib, 6 qol vurub. 

Məşqçi kimi ilk iş yeri Sabirabadın “İnşaatçı” komandası olub. 1995-99-cu illərdə mini-futbol üzrə “Avtomobilçi” komandasını çalışdırıb, 2 dəfə respublika çempionu olub, 2 dəfə isə kuboku qazanıb. 1999-cu ildə Vaqif Sadıqovun təklifi ilə böyük futbola qayıdıb və uzun müddət müxtəlif yaşlı milli komandalarla yanaşı, əsas millinin də uğurları üçün çalışıb. Şakir Qəribov vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, olmipiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara rəhbərlik edib. 2009-cu ildə “Neftçi”də, 2011-2013-cü illər aralığında AZAL-da Vaqif müəllimin köməkçisi olub. Hazırda AFFA Məşqçilər Komitəsinin üzvüdür. Ailəlidir, 1 qızı var.

Şakir müəllimi təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq. Yeri gəlmişkən, yubilyarla geniş müsahibə sabah "525-ci qəzet"də dərc ediləcək.

İ.Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri