Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
(®) Unicapital İnvestisiya Şirkəti bu il də sosial məsuliyyət layihələrində fəal iştirakını davam etdirir.
Belə ki, şirkət əməkdaşlarından ibarət komanda 10-11 yanvar tarixlərində start götürəcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində meydanda olacaq. Sözügedən layihə çərçivəsində Unicapital ilə birgə dövlət qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin komandaları mübarizə aparacaqlar.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə həyata keçirilən önəmli sosial-idman layihəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, turnirdən əldə olunacaq gəlir işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, bu təşəbbüs Qarabağın bərpası və dayanıqlı inkişafına töhfə verməyi hədəfləyir.
Xatırladaq ki, turnirin rəsmi açılış və püşkatma mərasimi 2025-ci il dekabrın 19-da keçirilmişdir. Tədbirdə dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri iştirak edib, qarşıdakı turnirə dair fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Yanvar 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















