Icma.az
close
up
RU
Unicapital: İnvestisiyaya hüquqi yanaşma Müsahibə

Unicapital: İnvestisiyaya hüquqi yanaşma Müsahibə

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Uğurlu investisiya fəaliyyətinin əsasında maliyyə savadlılığı ilə yanaşı hüquqi biliklər dayanır. Hər bir investorun nəzərə almalı olduğu önəmli nüanslar barədə müsahibimiz Nicat Şamilli - Unicapital İnvestisiya Şirkətinin Direktoru və Baş komplayens inzibatçısı danışdı.

Ölkəmizdə investorların hüquqlarını qorumaq üçün hansı mexanizmlər mövcuddur?

Bu sahədə əsas diqqət investorların fəaliyyətinin müdafiəsi, mübahisələrin həlli və əlverişli investisiya mühitinin yaradılmasına yönəlmişdir. İnvestorların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Ölkəmizdə investorlara və onların investisiyalarına qarşı əsassız, ayrı-seçkilik yaradan münasibət və ya digər bu kimi xoşagəlməz hallar qadağan edilir. İnvestorların hüquqları milli məhkəmələr tərəfindən də qorunur. Bundan əlavə, ölkəmizdə bir sıra beynəlxalq investisiya mübahisələrinin həlli mexanizmləri qəbul olunur, ehtiyac olduqda, beynəlxalq arbitraj imkanları nəzərdən keçirilir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, dövlət orqanları investorların hüquqlarının qorunması istiqamətində müntəzəm monitorinqlər aparır.

İnvestorlar brokerlərlə müqavilə bağlayarkən nələrə diqqət yetirməlidirlər?

Əsas diqqət yetirilməli məqamlar aşağıdakılardır:

Lisenziya yoxlanışı – brokerin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış olub-olmadığını yoxlamaq lazımdır. Brokerin etibarlılığı – brokerin keçmiş fəaliyyəti, reputasiyası və bazardakı təcrübəsi haqqında məlumat əldə edilməlidir. Müqavilənin detallarına diqqət – investor müqaviləni imzalamamışdan əvvəl hər bir bəndlə diqqətlə tanış olmalı, sual doğuran məsələləri aydınlaşdırmalı, razı olmadığı halları əsaslandırmaqla düzəliş tələb etməkdən çəkinməməlidir.

Şirkətlər investorların şəxsi məlumatlarının qorunmasını necə təmin edir?
Ölkəmizdə şəxsi məlumatların qorunması “Fərdi məlumatlar haqqında” Qanunla və beynəlxalq standartlarla tənzimlənir. Şirkətlər investorların şəxsi məlumatlarını yalnız qanunla müəyyən edilmiş məqsədlər üçün və onların razılığı ilə toplaya bilər. Şəxsi məlumatların toplanması, işlənməsi və qorunması qaydalarını müəyyən edən Məxfilik Siyasəti hər bir şirkət tərəfindən hazırlanmalı, qanunvericilik tələblərinə cavab verməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi baxımdan bu sahəyə ilk addımlarını atan investorlara nə tövsiyə edərdiniz?

Yeni başlayan investorlar ehtiyatlı yanaşmalı və qərar qəbul etməzdən əvvəl hərtərəfli araşdırma aparmalıdır. Xidmətlərlə bağlı tərəflər arasında müqavilə bağlanılan zaman müqavilə ilə tanış olmaq, qeyri-müəyyən bəndlərin aydınlaşdırılmasının tələb edilməsi investorlar üçün yarana biləcək risklərin azaldılmasına və aradan qaldırılmasına kömək edəcəkdir.

Onu da əlavə etmək istərdim ki, investisiyaların hüquqi aspekti Unicapital-ın fəaliyyətinin ayrılmaz hissəsidir. Şirkətimizdə bütün proseslər investisiyaların etibarlılığına və təhlükəsizliyinə zəmanət verən qanunvericiliyə əsaslanır. Məsələn, 2022-ci ildən başlayaraq bütün müqavilə şərtlərini ictimai şəkildə rəsmi səhifəmizdə yerləşdirmiş, bununla da şəffaflığı təmin etmişik. Həmçinin şirkətimizdə qanunvericiliyin tələblərinə əsasən istehlakçıların müraciətləri üzrə koordinator vəzifəsi təsis edilmişdir. Bütün bunlar müştərilərimizin xidmətlərimizə olan əlçatanlığını təmin etməyə, habelə onları narahat edən məsələlərin çevik həlli üzrə kommunikasiyanın təmin edilməsinə yönəlmişdir. Həmçinin hazırda yeni korporativ idarəetmə standartlarının  tələblərinə uyğunlaşma prosesi çərçivəsində Cəmiyyətimizin Nizamnaməsində dəyişikliklərin edilməsini yekunlaşdırmaq üzrəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri