Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Qızıl dəyərli investisiyaya çevrilməkdədir

Qızıl dəyərli investisiyaya çevrilməkdədir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul edib

2026-cı ilin ilk ongünlüyü dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşması ilə müşayiət olunub. Yanvarın 11-də Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 93,8 dollar artaraq 4 min 594,7 dollar təşkil edib. Nyu-York Əmtəə Birjasında qiymətli metalın yeni fyuçers qiyməti isə 4600 dollar səviyyəsinə yüksəlib. Bu, qızılın birja satışlarındakı rekordu təzələməsidir. ABŞ-ın qiymətli metallar bazarı üzrə analitiklərinin fikrincə, qızılın qiyməti 2026-cı ildə də artmağa davam edəcək. Ümumilikdə, son 1 ildə dünya bazarında qızılın qiyməti 1,7 dəfə artıb. Son 6 ayda isə artım 1,2 dəfəyə çatıb. Təkcə ötən ilin dekabr ayında sarı metalın dəyəri 35 faiz bahalaşıb. “Bloomberg” tədqiqat institutunun hesablamalarına görə, 2026-cı ildə bu, qiymətli metalın birja qiymətləri 5500 dollara kimi yüksələ bilər.

ABŞ-ın maliyyə siyasəti qızılın dəyərini yüksəldir

Qızılın bahalaşmasına ABŞ-da Donald Trampın yürütdüyü iqtisadi siyasətin təsirləri istisna deyil. Belə ki, Trampın yeni maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl investisiyasına əsaslanır.  Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl bahalaşır. Eləcə də virtual pulların bahalaşması stimullaşır, qiymətli metallar yeni dəyərlər qazanır.

Qızılın bahalaşmasına ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin də təsirləri az rol oynamır. FED tərəfindən uçot dərəcəsinin aşağı salındıqda Amerika valyutası ucuzlaşır və qızıla tələbat artır. 2025-ci ildə FED uçot dərəcəsini 2 dəfə aşağı saldı ki, bu da pul siyasətinin yumşalması fonunda qızılın cəlbediciliyini artırıb.

Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılır və hər il qızıl yığımlarının həcmi artır. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2025-ci ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 50 faizdən çox artaraq 1000 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 8 faizə yaxın artaraq 9 min tona yaxınlaşıb.

25 qızıl aktivinə malik ölkələr qrupunda

Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. Qızıla investisiya aləti kimi beynəlxalq investorların bu marağının artması pul və səhmlərlə nisbətdə bu qiymətli metalın maliyyə-investisiya bazarlarında üstünlüyünü də önə çıxarmağa başlayıb. Belə ki, qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsədəuyğun sayır, eləcə də dünyanın iri şirkətlləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. İnvestorların əvvəlki illə müqayisədə bu qiymətli metala tələbatı ən azı 15 faiz artıb.

Dünya bazarında bu dəyərli metalın qiymət volatilliyi Azərbaycana da təsirsiz ötüşmür. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir.

“Trade Economics” təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb. Ehtiyatların həcminə görə isə ABŞ 8,133 min tonla dünyada birincidir. İlk üçlüyü isə Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) tamamlayır. Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir.

Ötən il ehtiyatların idarə olunmasından 10 milyard dollar qazanılıb

Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib və Fondun investisiya siyasətinə əsasən, yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilməsi nəzərdə tutulub. Bu siyasətə uyğun olaraq, Neft Fondu qızıl rezervlərini artırıb, ümumi aktivlər portfelində qızıl altportfeli 30 sentyabr 2025-ci il tarixinə 184,8 ton təşkil edib.

Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində  qızıl ehtiyatlarının səmərəli idarə olunmasına diqqət çəkərək ölkəmizin qızıl aktivlərinin artırılması ilə bağlı strateji kursun həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı yeni strateji qərar qəbul olunub və dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayıb. “Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı”.

Azad ərazilərdə qızıl dövrü başlayır

Azərbaycan həm qızıl istehsal edən ölkədir. 2025-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 2815 kq qızıl istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artım deməkdir. Mövcud ehtiyatlar təsdiqləyir ki, ölkəmizdə qızıllçıxarma sənayesinin perspektivləri çox ümidvericidir. Çünki işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorlar cəlb edilib. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsinə, Azərbaycanın qızıl ehtiyatlarının artmasına səbəb olacaq.

Hazırda Azərbaycan hökuməti Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsindən xəbər verir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə çalışan investorlar torpaq, mənfəət, gəlir və s. vergilərdən, eləcə də qızıl və gümüş məhsullarının satışı əlavə dəyər vergisindən azad olunublar, bu halda qızıl sənayesinə marağın daha da artacağı şəksizdir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Yanvar 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri