Icma.az
close
up
RU
UNICEF: Azalan qlobal maliyyələşmə 6 milyondan çox uşağı təhsildən kənarda qoya bilər

UNICEF: Azalan qlobal maliyyələşmə 6 milyondan çox uşağı təhsildən kənarda qoya bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, qlobal təhsilin maliyyələşdirilməsi kəskin azalmalarla üzləşir və bu, 2026-cı ilə qədər əlavə altı milyon uşağı məktəbdən kənarda qoya bilər.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Təhsil üçün Rəsmi İnkişaf Yardımının (ODA) 3,2 milyard dollar aşağı düşəcəyi proqnozlaşdırılır ki, bu da 2023-cü ilə nisbətən 24 faiz azalma deməkdir və ixtisarların təxminən 80 faizi yalnız üç donor hökumətin payına düşür. Belə bir azalma, bütün dünyada məktəbə getməyən uşaqların sayını 272 milyondan 278 milyona çatdıracaq. UNICEF bildirib ki, bu göstərici Almaniya və İtaliyada hər bir ibtidai məktəbi bağlamağa bərabərdir.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib: “Təhsildən kəsilən hər bir dollar sadəcə büdcə qərarı deyil, bu, həm də balansda olan uşağın gələcəyidir.

Maliyyə vəsaitinin azalması böhran vəziyyətində olan ölkələrdəki uşaqlara daha çox zərbə vurur. Ən güclü təsir onsuz da həssas olan bölgələrdə gözlənilir. Qərbi və Mərkəzi Afrikada 1,9 milyon uşağın məktəbə getməsi sual altındadır, onların 1,4 milyonu isə Yaxın Şərq və Şimali Afrikada təhsildən kənarda qala bilər.

Ümumilikdə, 28 ölkə güvəndikləri təhsil yardımının ən azı dörddəbirini itirmək üzrədir. Kot-d'İvuar və Mali ən kəskin risklərlə üzləşir, məktəblərdə qeydiyyatın müvafiq olaraq 340 min və 180 min nəfər azalacağı proqnozlaşdırılır.

Böhran həyati əhəmiyyətli xidmətləri də təhdid edəcək. Məktəb qidalanma proqramları (bəzən bir uşağın yeganə normaya uyğun yeməyi) maliyyənin yarıya qədər azaldığını hiss edə bilər, qızların təhsilinə verilən dəstəyin də azalacağı ehtimal olunur. Siniflərdə qalan ən azı 290 milyon uşaq da öyrənmə keyfiyyətində azalma ilə üzləşə bilər.

UNICEF donorları bütün təhsil yardımlarının minimum yarısını ən az inkişaf etmiş ölkələrə yönəltməyə, humanitar maliyyələşdirməni qorumağa, məktəbəqədər təhsilə və ibtidai məktəbə üstünlük verməyə çağırır. O, həmçinin maliyyələşdirməni daha səmərəli və davamlı etmək üçün islahatların zəruriliyini vurğulayır.

Ketrin Rassel qeyd edir: “Təhsil xüsusən də fövqəladə vəziyyətlərdə həyat xətti rolunu oynayır. Uşaqların təhsilinə sərmayə qoymaq hər kəs üçün gələcəyə ən yaxşı investisiyalardan biridir”.

Ən çox zərbə ibtidai təhsilə dəyəcək. Bu sahədə maliyyənin üçdəbir azalacağı gözlənilir. UNICEF xəbərdarlıq edir ki, bu, qlobal təhsil böhranını dərinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri