Icma.az
close
up
RU
UNICEF: Dünyada 400 milyondan çox uşaq yoxsulluq şəraitində yaşayır

UNICEF: Dünyada 400 milyondan çox uşaq yoxsulluq şəraitində yaşayır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

UNICEF-in noyabrın 20-də Ümumdünya Uşaqlar Günü ilə bağlı dərc etdiyi hesabatına görə, aşağı və orta gəlirli ölkələrdə hər beş uşaqdan azı biri və ya 417 milyonu sağlamlıq, inkişafı və rifah üçün vacib olan şəraitdən məhrumdur.

AZƏRTAC xəbər verir ki, “Dünya uşaqlarının vəziyyəti - 2025: Uşaq yoxsulluğuna son qoymaq ortaq imperativdir” adlı sənəddə altı kateqoriya üzrə məhrumiyyətlər sadalanır, habelə çoxölçülü yoxsulluğun genişliyini qiymətləndirmək üçün 130-dan çox aşağı və orta gəlirli ölkədən məlumatlar təqdim edilir. Bu kateqoriyalar təhsil, səhiyyə, mənzil, qidalanma, sanitariya və sudur. Təhlil göstərir ki, 118 milyon uşaq üç və ya daha çox məhrumiyyət şəraitində yaşayır və 17 milyon azyaşlı dörd və ya daha çox kateqoriyaya aiddir.

“Yoxsulluq içində böyüyən, yaxşı qidalanma, düzgün sanitariya və sığınacaqdan məhrum olan uşaqlar sağlamlıqları və inkişafı üçün dağıdıcı nəticələrlə üzləşirlər”, -deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib. O əlavə edib: “Bu, belə olmamalıdır. Hökumətlər effektiv siyasətlər tətbiq etməklə uşaq yoxsulluğuna son qoymağı öhdələrinə götürdükdə, uşaqlar üçün imkanlar dünyası açıla bilər”.

Uşaqlar arasında çoxölçülü yoxsulluğun ən yüksək səviyyəsi Saharaaltı Afrika və Cənubi Asiyada cəmləşib. Məsələn, Çadda uşaqların 64 faizi iki və ya daha çox ağır məhrumiyyətlə, 25 faizdən bir qədər az hissəsi isə üç və ya daha çox ağır şərtlərlə üzləşir.

Sanitariya ən geniş yayılmış ağır məhrumiyyətdir və aşağı gəlirli ölkələrdə uşaqların 65 faizi, aşağı-orta gəlirli ölkələrdə 26 faizi və yuxarı-orta gəlirli ölkələrdə 11 faizinin tualetə çıxışı yoxdur. Adekvat sanitariya şəraitinin olmaması uşaqların xəstəliklərə məruz qalmasına səbəb olur.

Aşağı və orta gəlirli ölkələrdə bir və ya daha çox ağır məhrumiyyətlə üzləşən uşaqların payı 2013-cü ildəki 51 faizdən 2023-cü ildə 41 faizə düşüb ki, bu da əsasən milli siyasətlərdə, habelə iqtisadi planlaşdırmada uşaq hüquqlarına üstünlük verilməsi ilə bağlıdır. Lakin irəliləyiş ləngiyir. Münaqişələr, iqlim və ətraf mühit böhranları, demoqrafik dəyişikliklər, artan milli borc, həmçinin genişlənən texnoloji uçurumlar yoxsulluğu daha da artırır. Eyni zamanda, Rəsmi İnkişaf Yardımı (ODA) üçün görünməmiş azalmalar aşağı və orta gəlirli ölkələrdə uşaq məhrumiyyətini daha da dərinləşdirmək riskini daşıyır.

Lakin uşaq yoxsulluğunun aradan qaldırılması istiqamətində irəliləyiş mümkündür. Məsələn, Tanzaniya 2000-2023-cü illər arasında çoxölçülü uşaq yoxsulluğunda 46 faiz bəndi azalmaya nail olub ki, bu da qismən hökumətin nağd şəkildə qrantları və yoxsul ailələrə öz maliyyə qərarlarını qəbul etmək səlahiyyətlərinin verilməsi sayəsində mümkün olub. Banqladeşdə təhsil və elektrik enerjisinə çıxışı artıran, mənzil keyfiyyətini yaxşılaşdıran təşəbbüslər sayəsində uşaq yoxsulluğu eyni dövrdə 32 faiz bəndi azalıb.

UNICEF varlı ölkələri, iri transmilli şirkətləri və xeyriyyə təşkilatlarını Afrika və Asiyada yoxsul uşaqlar üçün fondlar yaratmağa, onlara maliyyə dəstəyi göstərməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri