Icma.az
close
up
RU
Dünyada təxminən 50 milyon insan “müasir köləlik” şəraitində yaşayır

Dünyada təxminən 50 milyon insan “müasir köləlik” şəraitində yaşayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 avqust, AZƏRTC

Coğrafi kəşflər və müstəmləkəçiliklə geniş yayılan azanan qul alveri milyonlarla insanı öz yurdlarından didərgin saldı. Qərblilər tərəfindən istismar edilən Afrika mənşəli qulların mübarizəsi isə 1791-ci il avqustun 23-də Fransanın müstəmləkə idarəçiliyinə qarşı başladı. Təxminən 5 il davam edən mübarizədən sonra qullar azadlıqlarını qazandılar və müstəqil dövlət quraraq köləliyi rəsmi şəkildə ləğv edən ilk siyasi quruluşu yaratdılar.

Tarixə “Haiti inqilabı” kimi düşən bu proses bütün dünyada köləliyə qarşı hərəkatlara ilham verdi.

UNESCO da 1998-ci ildə inqilabın başladığı 23 avqust tarixini Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Günü elan etdi.

Həmin tarixdən etibarən hər il avqustun 23-də müxtəlif ölkələrdə keçirilən tədbirlər vasitəsilə köləlik və qul ticarətinin bəşər tarixindəki yeri xatırlanır.

“Müasir köləlik” davam edir

Köləlik rəsmi olaraq dünyanın demək olar ki, bütün ölkələrində qadağan edilsə də, bu gün müxtəlif formalarda mövcudluğunu davam etdirir.

AZƏRTAC xəbər verir ki, BMT-yə görə, “müasir köləlik” qanunvericilikdə ayrıca müəyyən edilmiş hüquqi termin olmasa da, “məcburi əmək, məcburi nikah və insan alveri” kimi halları əhatə edən ümumi anlayış kimi istifadə olunur. Həmin anlayış təhdid, zorakılıq, məcburiyyət və ya aldatma nəticəsində insanın imtina edə və ya tərk edə bilmədiyi istismar vəziyyətlərini ifadə edir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, 2016–2021-ci illər arasında “məcburi əmək və məcburi nikah” hallarının sayında əhəmiyyətli artım baş verib.

Məlumatlar göstərir ki, 2021-ci ilə qədər “müasir köləlik” şəraitində yaşayan insanların sayı 10 milyon artaraq dünya üzrə 50 milyona çatıb.

Məlumatlar qadınların və uşaqların hələ də qeyri-mütənasib şəkildə daha həssas vəziyyətdə olduğunu göstərir.

Məcburi əməkdən əldə edilən illik qlobal gəlirin isə 236 milyard dollar olduğu təxmin edilir.

UNESCO-nun “Qul Yolu” layihəsi

UNESCO bəşər tarixinin “qaranlıq irsi” kimi qiymətləndirilən bu hadisəni yaddaşlarda canlı saxlamaq məqsədilə “Qul Yolu” adlı layihə həyata keçirir.

Hər il avqustun 23-də sənətçilər və tədqiqatçılar bu mövzuda ortaq şüurun formalaşmasına töhfə vermək üçün bir araya gəlirlər.

Bu çərçivədə hər il foto, video və instalyasiya sərgiləri təşkil olunur, həmçinin tarix, araşdırma və müsahibələr dərc edilir.

UNESCO tərəfindən yaradılan, tarixçilər və ekspertlərdən ibarət “Beynəlxalq Elmi Komitə” də keçirdiyi dövri toplantılarla mövzunu beynəlxalq akademik gündəmdə canlı saxlamağa çalışır.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri