UNICEF in nümayəndəsi FHN də
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə FHN məlumat yayıb.
K.Heydərov qeyd edib ki, Azərbaycan dövləti uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsiz mühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqət yetirir və bu sahədə mühüm addımlar atır.
Nazir uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
UNICEF-in Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullah səmimi görüşə görə təşəkkür edib, ötən ilin noyabr ayında Azərbaycan tərəfindən qlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.
Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















