Icma.az
close
up
RU
UNICEF: Münaqişə zonalarında yaşayan uşaqların sayı artır AZƏRTAC

UNICEF: Münaqişə zonalarında yaşayan uşaqların sayı artır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 yanvar, AZƏRTAC

UNICEF-in yeni hesabatında 2023-cü ildə 473 milyondan çox uşağın münaqişələrdən təsirlənən ərazilərdə yaşadığı qeyd olunub. Təşkilat bildirir ki, 2024-cü ildə bu rəqəm daha da artıb.

AZƏRTAC təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, hesabatda deyilir: “ Münaqişələr nəticəsində uşaqların həyatı, hüquqları və rifahı getdikcə daha çox təhdid altında qalır. 2023-cü ildə 473 milyondan çox uşaq (dünya üzrə hər altı azyaşlıdan biri) münaqişənin təsirinə məruz qalan ərazilərdə yaşayıb. 2025-ci ildə uşaqlara təsir edəcək çətinliklərlə bağlı proqnozların yer aldığı hesabatda mənfi təsirə məruz qalan uşaqların faizinin 1990-cı illərdən bəri təxminən iki dəfə artdığı və hazırda bu rəqəmin 19 faizə çatdığı qeyd olunub, habelə onların hüquqlarını və rifahını qorumaq üçün “sistemləri yenidən düşünmək və gücləndirmək” tədbirləri görülməsinə çağırış edilib.

“İqlim dəyişikliyi ilə bağlı qlobal xəstəlik yükünün 88 faizini beş yaşından kiçik uşaqlar daşıyır”, - deyə UNICEF bildirib və əlavə edib ki, temperaturun yüksəlməsi onların sağlamlığına ciddi təhlükə yaradır.

Hesabatda uşaqların gələcək taleyini daha çox təhlükə altına salan iqtisadi çətinliklərə diqqət çəkilərək deyilir: “Qlobal miqyasda çox böyük uşaq əhalisi olan bəzi ölkələr də daxil olmaqla, 40-dan çox aşağı gəlirli ölkə borcların ödənilməsinə sağlamlıqdan iki dəfə çox pul xərcləyir”.

UNICEF daha sonra texnologiyanın transformasiya potensialına diqqəti vurğulayaraq qeyd edib: “Rəqəmsal ictimai infrastruktur (DPI) hökumətlərin vətəndaşlarla əlaqəsini əsaslı şəkildə dəyişə bilər. DPI təhsil, səhiyyə və sosial müdafiə kimi əsas xidmətlərə bərabər çıxışı təmin etməklə yanaşı, uşaqların rifahının yüksəldilməsində mühüm rol oynaya bilər”.

Hesabatda, həmçinin uşaqların gələcəyini qorumaq üçün fəlakətlərə hazırlığın, təhsil və səhiyyə sahələrində davamlılıq yaradan sistemli yanaşmalara ehtiyacın zəruri olduğu qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri