Icma.az
close
up
RU
UNICEF: Hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır AZƏRTAC

UNICEF: Hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Dünyada demək olar ki, hər beş uşaqdan biri münaqişələr yaşanan ərazilərdə yaşayır, 473 milyondan çox uşaq İkinci Dünya müharibəsindən bəri ən yüksək zorakılıq səviyyəsindən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) şənbə günü dünyada münaqişə zonalarında yaşayan uşaqların faizinin 1990-cı illərdəki təxminən 10 faizdən iki dəfə artaraq 19 faizə çatdığını bildirib. Xəbərdarlıq edib ki, uşaqlara dəyən zərərin bu qədər kəskin artması “yeni normaya” çevrilməməlidir.

Dünyada 1945-ci ildən bəri hər zaman olduğundan daha çox münaqişə yaşandığı bir vaxtda UNICEF uşaqların getdikcə daha çox qurbanlara çevrildiyini bildirib. BMT 2023-cü il üçün mövcud olan ən son məlumatlara istinad edərək 22 557 uşağa qarşı rekord sayda 32990 ciddi pozuntu təsdiqləyib ki, bu, Təhlükəsizlik Şurasının təxminən 20 il əvvəl müharibənin dünya uşaqlarına təsirinə nəzarət etməyi həvalə etdiyi vaxtdan bəri ən yüksək göstəricidir.

“Demək olar ki, bütün göstəricilərə görə, 2024-cü il həm təsirə məruz qalan uşaqların sayı, həm də onların həyatına təsiri baxımından UNICEF-in tarixində münaqişə şəraitinə düşən uşaqlar üçün ən pis illərdən biri olub. Münaqişə zonasında böyüyən uşaq dinc yerlərdə yaşayan uşaqla müqayisədə daha böyük ehtimalla məktəbdən kənarda qalacaq, pis qidalanacaq və ya evini tez-tez və dəfələrlə tərk etməyə məcbur olacaq. Bu, yeni normaya çevrilməməlidir. Biz uşaqların dünyadakı nəzarətsiz müharibələrdən zərər çəkməsinə yol verə bilmərik”, - deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

UNICEF münaqişələrdə zorlama və cinsi zorakılıq haqqında geniş yayılmış məlumatlar fonunda qadınların və qızların acınacaqlı vəziyyətinə xüsusi diqqət yetirib. Haitidə uşaqlara qarşı rəsmi qeydə alınmış cinsi istismar hallarının sayı təkcə 2024-cü ildə min faiz artıb.

UNICEF, həmçinin qeyd edib ki, uşaqlar müharibə zamanı qida çatışmazlığından xüsusilə əziyyət çəkirlər və bu, Sudan və Qəzza zolağında xüsusilə ölümcül təhdiddir.

Münaqişə həm də uşaqların səhiyyə və təhsil sisteminə çıxışına ciddi təsir göstərir. Peyvənd olunmamış və ya kifayət qədər peyvənd olunmamış uşaqların qırx faizi münaqişənin tam və ya qismən yaşandığı ölkələrdə yaşayır və bu, onları qızılca və poliomielit kimi xəstəliklərə yoluxmasına zəmin yaradır.

UNICEF münaqişənin yaşandığı ölkələrdə 52 milyondan çox uşağın təhsildən məhrum olduğunu bildirərək, Qəzza zolağında uşaqların əksəriyyətinin və Sudanda uşaqların əhəmiyyətli hissəsinin bir ildən çox məktəbə getmədiyini bildirib. Ukrayna, Konqo Demokratik Respublikası və Suriya da daxil olmaqla, münaqişənin əhatə olunduğu digər ölkələrdə məktəblər zədələnib, dağıdılıb və ya təyinatı dəyişdirilib, nəticədə milyonlarla uşaq təhsildən məhrum edilib.

“Müharibə zonalarında olan uşaqlar onların uşaqlığını əlindən alan gündəlik həyat mübarizəsi ilə üzləşirlər. Onların məktəbləri bombalanır, evləri dağıdılır. Onlar təkcə təhlükəsizliyi və həyatın əsas ehtiyaclarına çıxışı deyil, həm də oynamaq, öyrənmək və sadəcə uşaq olmaq imkanlarını itirirlər. Dünya bu uşaqları pis vəziyyətə salır. 2025-ci ilə baxarkən vəziyyəti dəyişmək, uşaqların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün daha çox iş görməliyik”, - deyə K.Rassel qeyd edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri